02 avqust 2021 11:32
867

Zakir Həsənov ermənilərin təxribatlarının qarşısının dərhal alınması barədə əmr verib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edərkən Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirib.