02 avqust 2021 14:14
1023

Sabirabadda Milli Kino Gününə həsr olunmuş tədbir keçirilib

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən Milli Kino Günü ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə açaraq, Azərbaycanda kino sənətinin bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçdiyini və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırıb. Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş ”Azərbaycan kinosunun yaranması və inkişafı” adlı sənədli filmə baxış keçirilib.