02 avqust 2021 20:01
1179

Müdafiə Nazirliyi: Yayılan məlumatlar həqiqətə uyğun deyil

Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumata münasibət bildirib.

“İki sahil” xəbər verir ki, nazirlikdən verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bildirilib ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.