“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“İki sahil” xəbər verir ki, mükafatlar qaliblərə Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının 2 avqust Milli Kino günü münasibətilə keçirdiyi tədbirdə təqdim olunub:
Ən yaxşı tammetrajlı film ssenarisi – “Xəzər dalğası”: Rzayev Elnur Vahid oğlu. (Mükafatı – 5000 manat)
Ən yaxşı qısametrajlı film ssenarisi – “Xarı bülbül”: Nəsibli Leyla Eyvaz qızı. (Mükafatı – 3000 manat)

Müsabiqəsnin qalibləri Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Milli Kino mükafatını təqdim edib.
Milli Kino Mükafatı 2 avqust Milli kino günü münasibətilə təşkil edilən tədbirdə Əməkdar incəsənət xadimi Rafael Qənbərova təqdim edilib.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir