09 avqust 2021 11:58
19426

Aşura günü nə vaxtdır?

Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.

“İki sahil” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində qeyd olunub.