Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: “Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır. Yenə də müalicəsi davam etdirilir, dərmanlar qəbul edir”.
Y.Babayev deyib ki, bu müddətdə sənət dostları və tələbələri Xalq artistini tək buraxmayıb, tez-tez onu ziyarətə gəliblər.
Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Arif Babayev müalicə üçün Türkiyəyə aparılmışdı.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir