Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı sənədli film çəkəcək.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu məqsədlə şirkətin çəkiliş qrupu Şuşa şəhərinə səfərə gəlib.
Səfər çərçivəsində bir sıra tarixi və dini-memarlıq abidələrində, o cümlədən şəhərin mərkəzi meydanı, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Xurşidbanu Natəvanın evi, “Xan qızı” bulağı, Şuşa qala divarları, Pənahəli xanın sarayının qalıqları olan ərazi, Cıdır düzü və digər məkanlarda çəkilişlər aparılacaq.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir