VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının (“Baku International Book Fair 2021”) keçiriləcəyi tarix dəyişdirilib.
“İki sahil” xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sərginin oktyabrın 6-dan 10-dək Nazirliyin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sentyabrın 22-26-da keçiriləcəyi açıqlanmışdı.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir