Müğənni Sevda Əliqızı müalicə üçün Türkiyəyə yollanıb.
“İki sahil” xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, uzun müddətdir ayağında olan problemlə əlaqədar qardaş ölkəyə gedib:
"İnşallah, hər şey yaxşı olacaq. Ayağımla bağlı gəldim, düzələcək".
Qeyd edək ki, S.Əliqızının ayağında podaqra var. Sənətçi bir neçə dəfə əməliyyat olunsa da, problem həll olunmayıb. Sonuncu dəfə Sevda verilişlərdən birinə qatılaraq "Ölürəm, bilmirəm necə edim. Mənə kömək edin, qurban olum. Həyatım məhv olur, daha dözə bilmirəm" sözlərini demişdi.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir