26 avqust 2021 23:36
1207

Silah zavodu partladı

Bolqarıstanın Kazanlık şəhərində silah zavodunda partlayış baş verib.

“İki sahil” xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində zavodun bir işçisi həlak olub. Qeyd olunur ki, insident zavodun hazır məhsullar saxlanılan anbarında baş verib.

Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürən cəlb olunub.