Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Yarışması keçiriləcək. Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə baş tutacaq.
"İki sahil" xəbər verir ki, bu il "Türk mədəniyyəti və türkün dünyaya baxışı" mövzusunda baş tutacaq festivalda ölkəmiz həmyerlimiz, İstanbul Universitetinin kommunikasiya fakültəsinin radio, televiziya və kino bölümünün doktorantı Səidə Ömərin "Xocalıya ədalət!" sənədli filmi ilə təmsil olunacaq. Film festivala tələbə kateqoriyası üzrə təqdim edilib.
Ekran əsərində "Şuşa" filmindən və Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı çəkilən videogörüntülərdən istifadə edilib.
Builki festivalda dünyanın müxtəlif türkdilli dövlətlərinin peşəkar rejissorları və tələbələrinin filmləri yer alır.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir