Dağıstanın Ləzginka Dövlət Akademik Rəqs Ansamblında orkestrə rəhbərlik edən Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 81 yaşında dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə Dağıstanın mədəniyyət naziri Zarema Butaeva məlumat verib.
“Mutay Xadulayev koronavirusa yoluxdu və vəfat etdi. Elə bu yaxınlarda, may ayında 80 yaşı tamam olmuşdu”,- deyə nazir bildirib.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir