03 sentyabr 2021 15:52
1294

Şəhid ailələri və qazilər hər zaman diqqətdədir FOTO

Sentyabrın 3-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qədirov Emin Asif oğlunun ailəsi və qardaşı II Qarabağ müharibəsinin iştirakçısı Qədirov Ramin Asif oğlunu ziyarət ediblər.

“İki sahil” xəbər verir ki,  YAP Xəzər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Namiq Əhmədov, Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov və millət vəkili Soltan Məmmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.