Xalq rəssamı, heykəltəraş Arif Qazıyev vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə öz "Facebook" səhifəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib.
Arif Qazıyev 2 yanvar 1937 -ci ildə anadan olub. A.Qazıyev Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra V.I. Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda təhsil alıb.
Arif Qazıyev pedaqoji fəaliyyəti ilə məşğul olub. Onun əsərləri Azərbaycan və Rusiya muzeylərində, habelə ABŞ, Almaniya, Avstriya, Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.
R.Qazıyev Babək abidəsinin, Hüseyn Cavidin büstünün və bir çox əsərlərin müəllifidir.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir