Yeni tədris ilinin başlanmasına bir həftə qalsa da, hələ də ictimaiyyətə qaydalarla bağlı heç bir açıqlama verilməyib.
“İki sahil” xəbər verir ki, qurumun Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkələrdə təhsil naziri Emin Əmrullayevin sabah suallara cavab verəcəyini bildirib.
Təhsil Nazirliyindən bildirilib ki, yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.
Brifinq AzTV və Təhsil TV-də canlı yayımlanacaq.