Vaxtilə sonuncu sovet fironu Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə onun ətrafına topladığı ermənilər və ermənipərəst qüvvələr dərhal hərəkətə keçərək çoxdan ürəklərində gizlin saxladıqları saxta “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün üzə çıxdılar. Qarabağ münaqişəsinin alovlanmasından qabaq bir sıra tanınmış erməni “ziyalılar” Qarabağın Ermənistana birləşdirilməli olduğunu ABŞ- da və Avropada fəaliyyət göstərən erməni mətbuatında bildirdilər. Bunların sırasında Zori Balayanın, Silva Kaputikiyanın, Serqey Mikoyanın (Anastas Mikoyanın oğlu) və onlarla başqalarının adlarını göstərmək olar.
1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə nəşr olunan “L’Humanité” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirdi. Ermənilər M.Qorbaçova ermənipərəst arvadı vasitəsilə təsir edirdilər. 1988-ci ilin fevralında M.Qorbaçov ilə bu mövzuda ilk rəsmi görüşə gedənlər Zori Balayan və Silva Kaputikyan oldular.
Onların ikisi də Azərbaycan xalqına qatı düşmən olduqlarını rəsmi, qeyri-rəsmi çıxışlarında da gizlətmirdilər. Zori Balayan isə özünün də etiraf etdiyi kimi, türklərə qarşı bir çox vandal fikirlərin və əməllərin müəllifidir. O, Xocalı qətliamının qatillərindəndir, bütün mətnləri irqçi, faşist ideyalarla, Azərbaycan türklərinə qarşı soyqırımı təklifləri ilə zəngindir.
Qarabağ münaqişəsində fəallığına görə 2006-cı ildə Z. Balayana "Artsaxın qəhrəmanı" fəxri adı veriləndə ona Şuşa şəhərində təmtəraqlı təltif mərasimi keçirilmişdi...
Sən demə, 85 yaşlı uşaq qatili ötən ilin sentyabr ayının sonlarında Şuşaya, erməni ordusuna ideoloji təlim və mənəvi dəstək verməyə gəlibmiş. Lakin zavallı və saxta "qəhrəman" rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşündən qorxuya düşüb Şuşadan birbaşa İrəvana qaçıb. O vaxtdan bəri irqçi, faşist Zori Balayanın dəfələrlə ölüm xəbəri yayılsa da, 86 yaşlı Zori hələ gəbərməyib. Sadəcə, övladlarını qırğına verdiyi erməni analarına daha deməyə sözü yoxdur!..
Hər fürsətdə erməni təbliğatı aparan və bunu əsasən ABŞ-ın xarici siyasətində əhəmiyyətli yer tutan Hollivudda gerçəkləşdirən erməni əsilli porno-ulduz Kim Kardaşyanın da səsi “batıb.” Qəribə olsa da bu gün dünyada bir çox məşhurların “erməniliyi” məhz analarının erməni olması ilə izah edilir. Hətta , Xankəndidə qondarma “dqr” rejiminin təsis etdiyi “Anaların minnətdarlığı” medalı ilə əslində, ataları digər xalqların nümayəndələri, anaları isə etnik erməni olanlar təltif edilirdi. Bu mükafatı alanlar arasında Ermənistanın sabiq müdafiə naziri, anası erməni olan Seyran Ohanyan da var… Rəsmi məlumata görə, onun atasının azərbaycanlı olduğu və 1961-ci ildə Şuşada anası Aida Ohanyanla ailə həyatı qurduğu, 1969-cu ildə isə ayrıldığı bildirilir.
44 günlük Vətən müharibəsində ermənipərəstliyini nümayiş etdirən məşhurlardan biri də çox təəssüflər ki, Azərbaycanda çoxsaylı oxucusu olan və Fransanın Strasburq şəhərində doğulmuş məşhur türk yazıçısı Elif Şafak oldu. O, şəxsi “Twitter” hesabından Ermənistana dəstək məqsədli paylaşım edərək erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını təqdir etmiş və HDP-nin erməni əsilli deputatına təşəkkürünü bildirmişdi.
Yeri gəlmişkən, onun ingilis dilində qələmə aldığı və 2006-cı ildə nəşr olunan "Ata və bic" ("Baba ve Piç") romanı Türkiyədə böyük səs-küyə səbəb olmuşdur. Əsərdə biri türk, o biri isə erməni əsilli iki ailədən bəhs edən müəllifə “Türklüyü təhqir etmə” maddəsi ilə cinayət işi açıldı. Lakin o zaman kifayət qədər dəlil tapılmadığına görə Elif Şafak bəraət aldı.
Ötən ilin noyabrında Fransanın məşhur “Le Figaro” nəşri Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlanmış müraciəti imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların, musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlamışdı. Erməniləri dəstəkləyənlər arasında Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları vardı.
Bu gün Rusiyada bütün məşhur filmlərdə, teleaparıcılar, parodiyaçılar arasında ermənilər və ermənipərəstlər çoxluq təşkil edir. Bəzən rus dedektiv seriallarının, hətta 1941- 1945 -ci ilin müharibəsindən bəhs edən (müasir dövrdə çəkilən) filmlərin qəhrəmanlarının çoxu da ermənilər olur. Belə çıxır ki, alman faşizmi üzərində qələbədə o zaman SSRİ-də yaşayan başqa millətlərin deyil, yalnız ermənilərin payı olub...
Ermənipərəst ssenari müəllifləri və rejissorlar bir dəfə də olsun Hitler Almaniyası üzərində qələbədə misilsiz rol oynayan Azərbaycan neftindən, nə də xalqından bəhs etməyiblər.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Rusiya hər zaman ölkələrimizin bir-biri ilə səmimi dostluq, mehriban qonşuluq münasibətlərindən, bərabərhüquqlu dövlətlər səviyyəsində əməkdaşlıq etdiklərindən ağızdolusu bəhs edir. Əgər gerçəkdən Rusiya dövləti Azərbaycanla səmimi dostluq, mehriban qonşuluq, bərabərhüquqlu dövlətlər səviyyəsində əlaqələrini qurubsa o zaman bunu sözdə deyil, əməldə sübut etməlidir. Çox təəssüflər olsun ki, bu gün Qarabağda yerləşən rus sülhməramlı qüvvələri öz imkanlarından istifadə edib bölgədə sülhü, sabitliyi bərqərar etməklə dünyaya özünü sülhsevər bir dövlət kimi təqdim etmək əvəzinə, fəaliyyətində bunun əksini nümayiş etdirir. “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyən Rusiya dövləti sülhməramlılarının Qarabağda beynəlxalq hüquq normalarına əməl etməmələri və açıq-saçıq ermənipərəst mövqe tutmaları yolverilməzdir.
Nurəddin Muğanlı “İki sahil”