Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
“İki sahil” xəbər verir ki, "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov “Report”a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.
"Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyasi 95-96-dır, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır",- şöbə müdiri bildirib.
Qeyd edək ki, əməkdar artistin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir
Konfransda Xaqani irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb
Montrö Klassik Musiqi Festivalında ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir