14 sentyabr 2021 14:32
803

3 yaşayış massivinin qazlaşdırılması başa çatdı - VİDEO

Ötən ayın 4-dən start götürən “Açıq mikrofon” aksiyası  1 ay ərzində 11 fərqli məkanda təşkil olunub ki, hər birində işlər sürətlə davam etdirilir. Artıq bir neçə ərazidə işlər tamamlanmaq üzrədir. Hövsan qəsəbəsinin Bağlar massivində, Abşeron rayonunun Novxanı kəndində təşkil olunan aksiyadan sonra bu ərazilərin qazlaşdırılmasına başlanıldı və qısa müddət ərzində işlər yekunlaşdı.

"Azəriqaz" İB-dən "İki sahil"ə bildirilib ki, bundan əlavə Novxanı kəndində keçirilən aksiyaya Abşeron rayonu, Sevil massivində yaşayan sakinlər də qatılmışdı ki, onların müraciəti də təmin olundu. Yaşayış massivinin qazlaşdırılması icra olundu. Bununla da 1 ay ərzində 3 yaşayış massivinin qazlaşdırılması tam olaraq icra olundu.

Qeyd edək ki, “Açıq mikrofon” aksiyası Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə bütün regionları əhatə edir. Əsas məqsəd vətəndaşların problem və təkliflərinin yerindəcə dinlənilməsi, onları maraqlandıran sualların cavablandırılmasıdır.