Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb.
Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaylı rəssamın 10-a yaxın əl işi sərgilənir.
“Ağ vəsiqə” adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib.
Sərgi sentyabrın 25-dək davam edəcək.
Qeyd edək ki, Niyaz Nəcəfov son 10 ildə Azərbaycan incəsənətində məşhurlaşan rəssamlardandır. Onun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka, Fransa ilə yanaşı, digər xarici ölkələrdə də nümayiş etdirilib. N.Nəcəfovun əsərləri habelə Azərbaycanın hüdudlarından kənarda bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
“Report”
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir
Konfransda Xaqani irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb
Montrö Klassik Musiqi Festivalında ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir