17 sentyabr 2021 15:06
2573

Ölümün tez gәlmәsini Kamranımın gәlmәsi qәdәr çox istәyirәm FOTO

Bu dәfә çәtinliklә üzbәüzәm. Bilmirәm nәdәn başlayım? Dәrddәn küsöv kimi yanıb, beli bükülmüş atanın dağı, daşı yandıran ahından, nalәsindәnmi? Hәlә ana bәtnindәykәn atasının şәhid xәbәrini eşidib ürәyi qarsımış,dünyanın gedişindәn gәlişindәn xәbәri olmayan, ömrü boyü ata nәvazişinin, ata nәfәsinin hәrarәtini duymayan, ata qucağının istisindә uyumayan Kamranın qәmli baxışlarındanmı? Yoxsa, -ölümü oğlumun gәlişi qәdәr sәbirsizliklә gözlәyirәm. İnanıram ki,cәnnәtdә Kamranımla görüşәcәyәm,- deyәn ananın adamın ürәyini param- parça edәn qәmli,lal baxışlarındanmı? O, gözlәrdәnki, onun sellәnәn göz yaşında boğula bilәrsәn… -Mәn qәhraman qızı olmaq istәmirәm. Mәn, mәnim hәr dәrdimә yanan atanın әlimdәn tutub hәr gün mәktәbә aparan,vәtәnini sevdiyi qәdәr mәni sevәn atanın ,mәn hәr şeydәn çox istәyәn Kamranın qızı olmaq istәyirәm,- deyәn, ürәyinin döyüntüsü әsgkәr çәkmәlәrinin sәsini verәn Aydanın ata axataran qәmli baxışlarından,sәyriyәn dodaqlarındanmı? Yoxsa, - Kmaranım cәnnәtә gedәn gündәndәn alllı, güllü paltarımı qara hicaba dәyişmişәm.Kamransız ağ paltarım ağ kәfәnim olsun,- deyәn,yarısını itirib ürәyindәn yaralanmış Şәhla xanımın ürәk dağlayan yarımçıq qalmış sevgi dastanından yazım?

Bilmirәm…bilmirәm haradan başlayım… Bәlkә 44 günlük Vәtәn müharibәsinin ölüm saçan ,ölüm qohulu, yurda azadlıq nәğmәsi, millәtә şәrәf dastanı yazan O,igidin o günlәrin necәsini yaşamasından , yoxsa özünün seçmәdiyi Vәtәnә, ailәsinә layiq oğul olmaq arzusundan? Bәlkә doğulduğu evdә, kәnddә, şәhәrdә, eldә, obada sәsini axtarım? Bәlәk keçdiyi zәfәr yürüşündә, çıxdığı Kәlbәcәr aşırımlarında, Füzulidә, azadlığı uğrunda canını qoyduğu Cәbrayılda izini axtarım? Bircә onu bilirәm ki, Zabratdakı evindә olduğum gündәn beynimdә ildırım çaxıb. Ürәyimdәn qara qanlar axıb… Bilirәm ki,mәnim yazdıqlarım, onun silahı ilә yazdıqları qәhramanlıq dasatnının yanında çox kiçik bir şey olacaq… Mәn söz seçmәyәcәm… Sözlәri qanı ilә yazıb, vәtәni canı ilә qoruyanlara sözüm yox, canım fәda. O, düşmәnә tuşlanan dәmir yumruğun bir parçası idi. O,düşmәnin canına vәlvәlә salan,30 il torpaqlarımızı әsarәtdә saxlayan, Azәrbaycanımızın düşmәnә etiraz sәsi,qisas hayqıran igidlәrdәn biri idi. O, düşmәni torpaqlarımızdan süpürüb atan, mәğrur azәrbaycan zabiti idi… O,30 illik hicrana son qoyan bir vüsal nәğmәsi idi. O, döyüşçülәrini, tabeçiliyindә olan şәxsi heyәtini xilas etmәk üçün ölümün gözünә dik baxan, sinәsi ilә әsgәrlәrini qoruyan bir qәhrәman, әmәli ilә azәrbaycan adını yüksәldәn, qanı ilә Vәtәn kәlmәsini yazan qәhrәmanlıq dastanımızın müәlliflәrindәn biri, 30 ildәn sonra millәtin Qarabağ hәsrәtinә son qoyanlardan biri , Qarabağı sahiblәrinә , özünә isә «Qarabağ» ordeni qazandıranlardan , amma heç birinin sevincini yaşamayan şәhid baş leytenant Kamaran Kazımovdur…

Əbәdiyaşarlıq bir evdәn gedib bir elin oğlu kimi geri dönәn, bir qucaqda böyüyüb, min çinahda yola salınan, Kәlbәcәr dağlarının zirvәsinә qalxarkәn, «Biz elә bir zirvәyә qalxacağıq ki, bütöv bir xalq bizimlә fәxr edәcәk»deyib, şәhidlik şәrbәrәtini şәrәflә içәn Kamran Kazımovdur. O, Kamaran Kazımov ki, Qarabağa , döyüşә göndәrilәn, әsgәr vә zabitlәr seçilәrkәn, «Kamran sәn bizә oradan, döyüşdәn çox Bakıda lazımsan, deyәn komandirinә etiraz edәrәk, «Komandir mәni bu şәrәfdәn mәhrum etmәyin, ya elә buradaca öldrün, ya da icazә verin gedim Qarabağda döyüşüm. Әgәr döyüşә getmәyә icazә vermәsәniz canıma qәsd edәrәm» deyәn şәrәfli azәrbaycan oğlu, torpağı Vәtәn edәn Qәhrәman Kamran… Bu O, Kamrandır ki, döyüşә gedәrkәn «ata toy başladı.Toyumuz mübarәk olsun.Mәndәn narahat olma. Uşaqlar sәnә әmanәt» deyәn, Kamrandır. Bu O, Kamrandır kı, türkә dövlәt quran, onu yaşadan, dövәtçilik uğrunda mücadilә yapan Әrtoğrul bәyin adını oğluna qoyan , «sәn dә böyüyndә adının sahibi kimi millәtinin simvoluna çevrilmәk üçün çalış» deyәn, yola düşәrkәn bәtnindә onun körpәsini daşıyan xanımına «mәn dönmәsәm oğlum olarsa adını Alparslan qoyarsan» deyәn, türkün qәhrәmanlıq tarixini qanında daşıyan, canında yaşadan, xalqımızın qәhramanlıq dastanının әn şanlı sәhifәsini yazan, Cәbrayıl Fatehi Kamran Kazımovdur…

Deyirlәr insanın xalı da, xasiyyәtidә, elә qәhramanlıq hissi, vәtәnsevәrlik duyğusuda insana qanla keçir, genlә gәlir. Kamran Kazımov Rusiya Fedarasiyasinın Voloqoda vilyәtindә doğulsa da әslәn Ucar rayonunun Bәrküşüd kәndindәndir. Bәrküşüd kәndi şәhidlәrini, qazilәrini,Qarabağda döyüşüb ,düşmәnә qan udduran igidlәri ilә Ucarda birincilik tәşkil edәn kәnddir. Kamranın atası Qurbәnәli Kazımov peşәkar hәrbçi, birinci Qarabağ müharibәsi vetranı, DQ-nin ehtiyyatda olan polkovnikidir.

-1984-ci ildә Bakı Ali Ümumqoşun mәktәbini bitirib Rusiya Federasiyasının Voloqoda vilyyәtindә xidmәtә başladım. İşim, gücüm, qulluq etdiyim hissәdә hörmәt, izzәt sahibi idim. Bölük komandirinin siyasi mәsәlәlәr üzrә müavini idim. 90- cı illәrdә ermәnilәrin torpaq iddiası ilә, Qarabağ uğrunda başlayan savaş mәni ciddi narahat edirdi. Vәtәnimә, gәlmәk, torpaqlarımızı qorumaq, peşәkar zabit kimi bilik vә bacarığımla xalqıma,dәstәk olmaq istәyirdim. Nәhayyәt 1992-ci ildә Azәrbaycan Müdafiә Nazirliyinin yaranması xәbәrini eşidib, qısa müddәtli mәzuniyyәt götürüb vәtәnә, birbaşa Müdafiә Nazirliyinә gәldim. Necә deyәrlәr, yeni yaranmış nazirlik, xәrc- mәrclik, it yyәsin tanımırdı. Gәldim kimә müraciәt etdimsә, hәrbi qulluğumu Azәrbaycana dәyişmәk üçün bir normal cavab ala bilmәdim. Nazirlikdә çalışanların çoxu sovet ordusunda xidmәt etmiş, yaşlı, tәqauddә olan zabitlәr idi. Struktur bәlli deyildi. İş planı yox idi… Nazirlikdәn çox gәləcәyi görә bilmәyәn insanlar toplaşdığı bir mәkan idi bura… Bir sözlә kor-peşman geri dönmәk istәyirdim ki, bir nәfәr mәnә yaxınlaşıb dedi ki, DİN-nin nәzdindә Daxili Qoşunlar yaranıb, ora müraciәt et, sәnә kömәk edәrlәr. Dәrhal Daxil Qoşunların qәrәrgahına getdim.  Açığını deyim ki, burada mәni çox xoş qarşıladılar. İş yerimi Bakıya dәyişmәk üçün rәsmi müraciәt etmәsәlәr dә «Vәtәnin belә mәqamında» Azәrbaycana gәlib, burada xidmәt etmәk istәyimi müsbәt dәyәrlәndirdilәr. «Bizim peşәkar zabitlәrә ehtiyacımız var»,dedilәr. Mәn hәrb nizam-intizam görmüş adamam. Hәrbi qanunları bilirәm. Mәzuniyyәt müddәtim başa çatanda xidmәt yerindә oldum. Amma vәtәnimdәn gәlәn xәbәrlәr, Şuşanın, Qarabağın digәr bölgәlәrinin ard- arda işğalı mәni rahat buraxmırdı. Bir gün işdәn evә dönüb, çamadanımı hazırlayıb, Kamranı da sinәmә sıxıb, yoldaşıma dedim ki, gedәk buralardan. Vәtәnim tәhlükәdәykәn, qulluq etdiyim ordunun әsgәr vә zabitlәri separatçılarla әlbir olub torpaqlarımızı zәbt, insanlarımıza qәsd edәrkәn mәn o orduda xidmәt edә bilmәzdim... Onda Kamranımın 2 yaşı tamam olmamışdı. Sanki, vәtәnә gәldiyimizi bilirdi, duyurdu, sevinirdi… Sinәmdә balıq kimi çırpınırdı. Doğuşdan, dünyaya gәlәndәn Kamranda qeyri adilik, zirәklik, cәlldlik hiss etmişdim. Çox qaynar uşaqlığı var idi. Hәddindәn artıq istiqanlı idi. Mehriban idi. Necә deyim bәlәkdә idi, elә bil mәnim işdәn dönmәmi hәr an gözlәyirdi. Körpә quş, ona yem gәtirәn anasının üstünә necә atlanırsa, necә qanad açıb uçmaq istәyirsә Kmaranda üstümә elәcә atlanırdı…

Dәrddәn beli bükülmüş, göyüm göyüm göynәyәn qocaman polkovnikin üzünü qara bulud alır. Yerindә qıvrılır… göz yaşını nә qәdәr gizlәtmәyә çalışsada alınmır. Göz yaşı dәli bir dağ çayına dönüb sellәnir. Düşünürәm ki, dәrd içindә boğulan atanın göz yaşına qәrq olacağıq. Ha әllәşirsә sözünün ardını gәtirә bilmir. «Kamranım fәrqli bir uşaq idi» deyib, hönkürür. İlahi bu bir zabitin, dünya görmüş bir polkovnikin hönkürtüsü deyildi. Ayrılığa dözә bilmәyәn bir atanın ermәni faşisminә etiraz sәsi, hayqırtısı idi… Bu bir nalә deyildi, qәzәb idi. Elә bildim bir anlığa göy guruldadı, ildirım çaxdı. Özünü toparlayıb «mәn qәhrәmanımla, igidimlә,oğlumla,gözümün ilki Kamranımla fәxr edirәm. Qururluyam…Başımı dik tutub gәzirәm. Oğlum Vәtәn yolunda şәhid olub.Düşmәn әsarәtindә olan Vәtәninin bir parçasını xilas edib. Oğlum arxadan yaralanmayıb. Yaxın mәsafәdәn, zirehli jiletin yan hissәsindәn vurub düşmәn oğlumu.Oğlum, Kamranım şәxsi heyәtini xilas etmәk üçün şәhidlik yolunu seçib. Belә oğlu olan ata ağlamaz.Amma ayrlıq, hәsrәti, bir dә Kamranın övladlarının bitib tükәnmәyәn suallarına cavab verә bilmәmәk acizliyi mәni sıxır…Oğlu vәtәnin başını dikәldә ata ağlamaz» deyib qәddini düzәltmәyә çalışır…

Haşiyə: Kamran Qurbanәnli oğlu Kazımov 1990- cı ilin dekabrın 7-dә Rusiya Fedrasiyasının Voloqda vilayәtinin Vashi rayonunda zabit ailәsindә anadan olub. Kamran Kazımov 1997-2008-ci illәrdә Xәtai rayonunun 63 nömrәli tam orta mәktәbindә tәhsil alıb.

2010-cu ildә Xәtai Rayon Hәrbi Komissarlığı tәrәfindәn müddәtli hәqiqi hәrbi xidmәtә çağırılan Kamran Kazımov 2011-ci ilә qәdәr Daxili Qoşunların sıralarında müddәtli hәqiqi hәrbi xidmәtdә olub. Hәrbi xidmәtini başa vurduqdan sonra Kamran Kazımov ordu sıralarında qalaraq Daxili Qoşunların "N" saylı hәrbi hissәsindә MAHE kimi hәrbi qulluğunu davam etdirib. 2012-2014-cü illәrdә Daxili Qoşunların Ali Hәrbi Mәktәbindә tәhsil alan Kamran Kazımov leytenant hәrbi rütbәsi ilә 2014-cü ildәn Daxili Qoşunların sıralarında müxtәlif vәzifәlәrdә xidmәt edib. Leytenant Kamran Kazımov 2018-ci ilin iyul ayından Daxili Qoşunların "N" saylı hәrbi hissәsinin Xüsusi Tәyinatlı Dәstәsindә Qrup Komandiri vәzifәsindә xidmәt edib. Kamran Kazımov 2020-ci ilin iyul-sentyabr aylarında Müdafiә Nazirliyinin Xüsusi Tәyinatlı Qüvvәlәrinin tәrkibindә xüsusi tәlimlәrindә iştirak edib.. Azәrbaycanın Daxili İşlәr Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-dә Müdafiә Nazirliyinin Xüsusi Tәyinatlı Qüvvәlәrinin tәrkibindә torpaqlarımızın azad olunması uğrunda başlanan savaşa könüllü olaraq qoşularaq, Kәlbәcәrin, Füzulinin, Cәbrayılın ermәni qәsibkarlarının işğalından azad olunması uğrunda gedәn döyüşlәrdә qәhrәmancasına iştirak edәrәk xüsusi sücaәt göstәrib. Kamran Kazımov oktyabrın 5-dә Cәbrayılın düşmәndәn azad olunması uğrunda gedәn döyüşlәrdә qәhrәmancasına şәhid olub. Qәhrәmanın nәşi oktyabrın 6-da II Fәxri Xiyabanda dәfn olunub. Azәrbaycanın әrazi bütövlüyünün bәrpa edilmәsindә xüsusi xidmәtlәrinә , işğal olunmuş әrazilәrin azad olunması zamanı göstәrdiyi qәhrәmanlıq nümunәsinә , görә Azәrbaycan Prezidenti İlham Әliyevin 09.12.2020- ci il tarixli sәrәncamına әsasәn Kamran Kazımov "Qarabağ" ordeni, "Vәtәn uğrunda», "Cәbrayılın azad olunmasına görә", «Kәlbәcәrin azad olunmasına görә» medalları ilә tәltif edilib. Anası Elmura xanım Kamranı şәkillәrindәn, әşyalarından bir an gözünü ayırmır. Hәr şәkildә, Kamrana aid olan hәr bir әşyada bir xatirә yaşadığını, onu ötәn günlәrә qaytardığını, hiss edirәm. Birdә görürsәn ki, göy üzünü qara bulud alırmış kimi rәngi qaralır, gözü yaşla dolur.Birdә baxırsan ki, dәrdli ananın gözlәri dağ arxasından çıxan günәş kimi işıq saçır… Otaqda әsgәr, zabit mundiri, portretlәr,әsgәr çәkmәlәri vә bir dә bir musiqi alәti, «Sintizator» var…

"Ölümün qədərini Kamranımın gəlməsi qədər səbirsizliklə gözləyirəm"

- Kamranım bir ayrı bala idi. Hәr şeydәn başı çıxırdı. Bilmәdiyi bir şey yox idi. Hәr şeyin gözәlini, yaxşısını balam bilirdi. Әn çox da anasının ürәyini gözәl oxuryurdu. Ona bir söz demәzdim ki… Ürәyimdәn keçәni üzümә baxan kimi bilirdi. Sirdaşım, dostum, qardaşım, mәslәhәt yerim idi. Çox maraqlı uşaqlığı var idi. Körpәlikdә fәrqli idi. Fәrqlәnәn idi. Mәktәbdә idmana gedәr, dәrsini yaxşı oxuyar, hәtta musiqi alәtindә gözәl ifa etmәyi bacarardı. O,evdә olanda biz özümüzü cәnnәtdә olan adam kimi hiss edәrdik. Bütün dәrd- sәrimizi unutdurmağı bacarar, hәr şeyin gözәl olacağına bizi inandırardı. Çox nikbin adam idi. Hәmişә deyirdi ki, hәr şey gözәl olacaq. Hәmişә deyirdi ki, mәn elә zirvәyә ucalacam ki, Siz mәnimlә fәxr edәcәksiniz. Dediyini etdi dә. Әn uca zirvәyә yüksәldi. Dediyi, arzuladığı mәqam bu imuş demәk… Çox tez evlәndirdik. Uşaq idi. Nәyidi ki,21 yaşı var idi. Heç cavanlıq gördü ki? Körpә ikәn, ailә qayğısı ,uşaq qayğısı çәkmәyә başladı. Hәrdәn fikirlәşirәm bәlkә sәhv edib tez evlәndirmişik. Belә dә deyirәm ki, indi onun yadıgarları, bu gül balaları olmasaydı biz nә edәrdik? Yenә Kamranımım iyini,әtrini onlardan alırıq… Yuxuma da girmir. Çox darıxmışam Kamranım üçün, lap çox…Bilirәm ki, indi oğlum cәnnәtdәdir. Bәlkә dә onun üçün ağladığımı görüb mәndәn küsür, ona görә yuxuma girmir? Oğlu cәnnәtdә olan ana göz yaşı tökmәz deyir. Dәrdli ana bir anlıq sözünә ara verir. Gözlәrinin yaşını silir. Ağlamıram…Oğlumla fәrәxlәnirәm. Oğlumla qurur duyuram. Kamaran mәni görürsә, qoy ağlayan görmәsin. Kamranim mәnim göz yaşı axıtmağıma dözmәzdi. Bilirәm onunla yenә cәnnәtdә görüşәcәm.Yenә bir olacağıq. Ona görә dә ölümün tez gәlmәsini Kamranımın gәlmәsi qәdәr çox istәyirәm…

Kamranın ailəsi, onun uşaqlarının anası olmaqdan böyük fəxri ad tanımıram

 Şәhidin ömür-gün yoldaşı Şәhla Kazımovanın dediklәri:

Mәni bağışlayın. Oxuculardan da, böyüklәrdәn dә bu sözlәrimә görә üzr istәyirәm. Mәndәn adımı, kimliyimi soruşanda qısaca olaraq mәn Şәhlayam, adım Şәhladır deyә bilmirәm. Canıma yatmır. Onda elә bilirәm kim, tam, bütöv deyilәm. Mәn Şәhlayam! Torpağını, vәtәnini, dövlәtini , canından artıq sevib, bu torpaq uğrunda canının qurban vermiş baş leytenant Kamran Kazımovun ömür gün yoldaşı, sirdaşı, can dostu Şәhlayam deyәndә canıma yatır. Kamran bu gün qәhramandır, torpaq uğrunda şәhid olub,yüksәlib deyә belә demirәm. Kamranı tanıdığım ilk gündәn, onunla nişanlandığım, evlәndiyim, bir ailә olduğum gündәn onunla iftixar duymuşam , ruhumla, cismimlә canımla Kamrana mәxsus olmuşam. Onun xanımıyam. Kamranın xanımı olmaq adından mәnim üçün yüksәk ad, Kamranın ailәsi, onun uşaqlarının anası olmaqdan böyük fәxri ad tanımıram. Kamranım elә ömür sürdü, elә ömür yaşadı ki, hәr zaman onunla qürur duydum, iftixar etdim. Bәzәn Kamranın xanımı olduğum üçün lovğalaşdım da. Dünyanın әn bәxtәvәr insanı, dünyanın әn xoşbәxt xanımı mәn idi. Kamranlı idim. Kamranım var idi… Mәni , ailәsini, vәtәnin sevmәyi, özü dә kişi kimi sevmәyi bacaran Kamranım var idi.Var idi deyirәm, Allah da, Kamranımda mәni bağışlasın. Kamranlı günlәrim var idi. Nә qәdәr ki, nәfәs alıram, nә qәdәr ki, hәyatdayam, canımda Kamranımın ruhunu daşıyacam. İndi O, yüksәklikdәdi. Layiq olduğu yerdәdi… Zatәn o,hәmişә yüksәklikdә idi… Kamranla 2010-cu ildә kәndimizdә bir toyda tanış olmuşuq. Onda o da çox gәnc idi. Vallah gözüm tutdu, könlüm sevdi bu oğlanı. Qısaca deyim, elә ilk baxışdan vuruldum bu oğlana. Açığını deyim ki,Kamran da gözünü mәndәn çәkmirdi… 2010-cu ilin 22 aprelindә kәndimizdә nişanımız oldu. Ömrümün xöşbәxt günlәri, Kmaranlı günlәrim belәcә başladı. Nişan üzlüyünü bir- birimizin barmağına taxanda tәkcә üzümüz, gözümüz, ürәyimiz gülmürdü. Ruhumuz da sevgi nәğmәsi oxuyurdu. Dünyanın әn xoşbәxti biz olduğumuzu zәnn edirdik. Haradan bilәrdik ki, bir gün bizim xoşbәxtliyimiz billur bir qab kimi düşüb çilik-çilkik olacaq. Mәn Kmaranlı günlәrimdәn xatirә danışacam… Kamran, nişanımızdan bir ay sonra әsgәr getdi. Ayrlığın, hәsrәtin dadını bir görmüşdüm,bir dә gördüm. Barı onda ümidim var idi ki,Kamranım әsgәrliyin çәkib gәlәcәk… Kamran әsgәrlikdә olanda hәr gün Allaha dua edirdim… Evimizdә tәqvim var idi. Kamransız keçәn hәr gün tәqvimdә qeyd edrdim… Allahım, mәni yarımla tez qovuşdur deyirdim. Әslindә Kamran mәnım yarım yox cәmim, bütövlüyüm, ruhumun sahibi idi… Kmarnla yar, yarı olmaq mümkün deyildi. O,bütövlüyün, xoşbәhtliyin, tamlığn, bәli, hәm dә kişiliyin nümunәsi idi. O,ailә, kişi necә olar, kişi bir qadını,necә sevәrin ,sәdaqәtin canlı abidәsi idi… 2012-ci ildә Kmaran әsgәrlikdәn qayıtdı. Vәtәnin borcun verdi demirәm…Vәtәnin,üstündә gәzdiyin torpağın borcunu qaytarmaq olar? Ananın borcun ödәmәk olar? Әsgәrlikdәn qayıtdı…Toyumuz oldu…Bәxtәvәr günlәrimiz başladı… dünyanın әn xoşbәxt cütlüyü biz idik. 2013 cü ildә ilkimiz, Aydanımız dünya gәldim. Sevgimizin meyvәsini, barını görürdük. Kamran uşaqlara ad qoymağı sevirdi. Aydana baxıb, «bu gözәl qız, aydan ,günәşdәn bizə bir paydır. Elә bil göydәn gәlib, bir Mәlәkdir. Adını Aydan qoyuram. Qoy bütün qaranlıqlarımıza nur әlәsin.Bәxti gözәl olsun»,dedi. Sonra Әrtoğrul gәlişi işә bizi bәxtiyar etdi. «Oğlumun adı Әrtoğrul olsun. Qoy ad sahibi Әrtoğrul qazi kimi,bütün cahanda tanınsın.Vәtәninә,xalqına,laiq oğul olsun»,dedi. Kamranım,çox ailәcanlı idi. Ailәsinә, ata anasına, övladlarına düşgün idi. İşә gedәrdi, zәng edib dәfәlәrlә uşaqları soruşardı…Bununla kifayәtlәnmәyb sәslәrini eşidәrdi. Uşaqlar dil açandan, danışandan sonra gün әrzindә mәnlә neçә dәfә danışardısa,uşaqıarla da o qәdәr danışardı.Az bir vaxtı olsaydı, onu bizimlә ailәsi ilә keçirәrdi. Elә bil uzaq bir sәfәrә çıxacağını, bizdәn tez ayrılacağını bilirmiş. Gündә atası ilә, anası ilә dәfәlәrlә danışaraq onların, qayğıları, ilә maraqlanar, diqqәt göstәrәrdi…Kamranım övladlıq, әrlik, insanlıq simvolu idi. Qrdaşını, bacısını möcüzәvi bir formada sevirdi. Hamıya sevgi vermәyә, diqqәt göztәrmәyә çalışardı. Çox gözәl qәlbi var idi. Musiqini, şeri, tarixi sevәrdi. Evә gәlәn kimi uşaqlarını başına yığıb keçirdi sintizatorun arxasına. Bir ad günü, bayram, ya hansısa bir qonaqlıq olanda, bu evdә gülüşün sәsi, musiqinin, nәğmәnin, sәsi әrşi- әlaya qalxardı. İlk ifa etdiyi musiqi dә «Yman könlümә düşmüsәn» olurdu.Bilirdim mәnә görә çalırır ,bu ifa mәnә aiddir. Könlümün,ürәyimin nәğmәsini dillәndirirdi Kamranım. Günlәrimiz çox xoş,keçirdi. Ailәmizin böyümәsini, artmasın istәyirdik… Maşallah uşaqlar da böyüyürdü. Aydanı birinci sinfә aparanda dünyanı elә bil ona bağışlamışdılar. Birdә gözümüzü açdıq ki, 2020-ci ildәyik. 2020-ci ilin iyul ayının sonları idi. Bir gün işdәn evә sevincәk gәldi ki, Müdafiә Nazirliyinin Xüsusi Tәyinatlı qüvvәlәrinin tәlimlәrinә cәlb olunmuşam. Müharibә olacağı ,müharibәyә gedәcәyi barәdә heç bir işarә dә vermirdi. Amma әvvәlkindәn daha xoşbәxt, daha şәn, nikbin görünürdü. Bir sözü var idi - tezliklә Qarabağ әsirlikdәn azad olacaq. Hәr Qarabağdan söz düşәndә deyirdi ki, o torpaqlar, bulaqlar,Qarabağın tәmiz havası belә o mürdarların,sәsini,nәfәsini duyduqca әzab çәkir. Qarabağ azad olunmalıdır. Qarabağı biz azad etmәliyik . Bu problemi gәlәcәk nәsillәrә saxlamaq olmaz,deyirdi… Sentyabrın 19-u tәlimlәrdәn evә gәldi. Gecәni evimizdә qaldı. Ailәmizin böyüyәcәyi, daha bir övladımızın olacağı müdәsini verdim. Sәhәr ayrılıb gedirdi. Hәmişә işә yola saldığım kimi yola salırdım. Alnımdan, gözlәrimdәn öpdü. «Övladlarımızdan muğayyat ol, möhkәm ol», dedi. Heç nә anlamadım. Dedim işә gedir,tәlimә gedir yenә gülә- gülә qaydıb gәlәcәk. Haradan bilәydim ki,can yoldaşım,sirdaşım,Kamaranım canından çox sevdiyi Vәtәnin azadlığı uğrunda canında keçmәyә gedir. Sentyabrın 27-si müharibәnin başladığını eşitdim. Heç ağlıma gәlmirdi ki, Kamaran da müharibәdәdir. Tez- tez qısa müddәtli zәng edirdi. Uşaqları soruşurdu. Mәndәn hal-әhval tutub , yaxşı olduğunu deyirdi. Darıxmamağı ,hәr şeyin yaxşı olacağını, mәnimlә hәmişә fәxr edәcәksiniz deyirdi. Deyirdim ki, sәninlә,adına,hәmişә fәxr etmişәm. Kamran әn çox sevdiyi, sintizatorda ifa etdiyi «Yaman könlümә düşmüsәn»mahnısının notlarını telefonuna köçürmüşdü. Telefonda hәmin mahnını ifa edirdi. Bir gün telefonuma mesaj gәldi. Kamaran hәmin musiqini telefonda ifa edib mәnә göndәrmişdi. Yuxum әrşә çkildi. Dәfәlәrlә Kamranımın ifa etdiyi musiqini dinlәdim.Telefonda notların üzәrindә hәrәkәt edәn, ürәyinin döyüntüsünü, qәlbinin hәrarәtini, mәnә olan o hisslәri ifadә edәn o barmaqları öpdüm…Әzizlәdim… O barmaqları sinәmә sıxdım…. Hәmin gecә mәnә elә uzun gәldi ki…Elә bildim daha heç sabah olmayacaq.Elә bildim bir daha günәş doğmayacaq… Elә bilirdim bir daha insanlar gülmәyәcәk. Hәr tәrәf qaranlıq olacaq…Sәn demә mәnim bәxtimin qaraldığı gecәymiş o mәşum gecә. Mәnim işığım sönürmüş. Mәnim Kamranım göylәrә çәkilirmiş… Oktyabrın 5-i idi. Sәhәr tezdәn zәng gәldi. «Başınız sağ olsun, Kamran qәhrәmanlıqla şәhid oldu» dedilәr. Allah, bu xәbәrin yükü nә qәdәr ağırmış! Elә bildim belim qırıldı. Elә bildim göy göylüyündәn qopub yerə düşdü. Gördüm ki,qaynatam, Qurbәnәl dayı qar kimi әyildi. Beli büküldü. Qaynanam sanki bir anın içindә illәrin qocasına, qarısına döndü. Elә bildim bu gәlәn tufan hәr nә varsa sındırır, mәhv edir,ağzına alıb aparır. Uşaqlarımı sinәmә sıxıb nalә çәkdim. Qucaqladım Kamranımın yadigarlarını…Düşünәndә ki, bir dә bu balalar ata qucağı, ata nәfәsi duymayacaq… Oktyabrın 6–da Kamranım bayrağımıza bükülüb, bayraq kimi müqәddәslәşib, heç vaxt enmәyәcәyi bir zirvәyә ucalıb geri döndü. Qurbanәli dayı tabutu açıb, Kamranımı cansız görmәyә,ürәyi gәlmәdi. Dözmәdi… Amma Elmira xala ilә mәn Kamranı son dәfә görmәk istәdiyimizi bildirdik. Tabutu açdırdıq. Kamranım xoşbәxtcәsinә yatırdı. Bәlkә dә hәmin an göydәn bizә baxırdı. Nә bilim? Son dәfә, gözlәrindәn, alnından öpdük… Hәmin gün Kamranım ikinci Fәxri Xiyabanda dәfn olundi. O gündәn libasımı dәyişib qara hicaba keçdim. Özümә söz verdim ki, Kamrandan sonra ağ, allı, güllü paltar geyinsәm, kәfәnim olsun. Bir dә ağ paltarı Kamranımın yanına gedәndә geyinәcәyәm. Hәmin gündәn mәnim dә övladlarımın da gәzmәk yeri, ziyarәt yeri vә belә deyәk istirahәt yeri dә Şәhidlәr xiyabanı oldu. Hәr gün Kamranımın yanına gedirәm… Kamran müharibәyә gedәndә mәn hәyacanlamayım, bәtnimdәki körpәsinә zәrәr dәymәsin deyә hәr sirini, sözünü mәnimlә bölüşәn Kamranım bu gedişin son gediş ola bilәcәyini mәnә demәmişdi. Amma «oğlumuz olarsa adını Alparslan qoyarsınız»,dedi. Niyә qoyarıq yox, qoyarsınız dediyini soruşduqda, heç dedi. Gülürdü. Alparslan qoyarıq dedi. Kamrandan sonra qızımız oldu. Adını onu şәrәfinә Kamrana qoyduq… Heç zaman ata nә demәkdir,necә olur, ata nәfәsinin istiliyini, hәrarәtini gözәlliyini duymayan qızımz, qәhrәman atasının adını yaşadır, adını daşıyır… Kamran bizim üçün hәmişәyaşar әbәdidir. Biz çalışırıq ki, onun adına, şәrәfinә layiq ömür sürәk. Kamran bu Vәtәni canından әziz bilirdi. Hәr şeyini, hәtta lazım gәlsә bizi dә vәtәnә qurban verәrdi. Tәki vәtәn yaşasın, deyә. Kamranım üçün әziz, qiymәtli olan hәr nә varsa mәnim üçün dә, övladlarım üçün dә ondan dәyәrli nә isә ola bilmәz. Bu insan üçün, Kamran üçün Vәtәn keçilmәz idi. Ana Vәtәn deyirik. Amma mәn belә gördüm, belә bildim ki, Vәtәn Kamran üçün hәm dә anadır. Anası Vәtәn deyildi. Ona görә dә anasının әzabına, gözünün yaşına dözdü.Amma Vәtәnin әsarәtdә qalmasına dözmәdi… Kamran da mәnim üçün Vәtәndir. Vәtәnin bir parçasıdır. Biz yurda bağlı, Vәtәnә bağlı insanlarıq. Biz sevmәyi bacaran insanlarıq. Kamranımı vәtәnim qәdәr sevirәm…Kamran mәnim vәtәnimdir!!! «Atam qazi olub gәlsәydi,görmәsәydi onun gözü,yeriyә bilmәsәydi onun qıçı olardım…»

Aydan Kazımova, şәhidin qızı

Biz söhbәt etdikcә gözlәrim günәşin bir parçası kimi nur saçan,bәdirlәnmiş ay kimi işıqlanan ,gözünün yaşına hakim ola bimәyib bizlәri dinlәyәn Aydandaydı. Aydan gah fәrәhlәnirdi. Fәrxindәn nurlu üzündә gün doğura qayıdırdı. Atalı günlәrini xatırlayb gülümsünür, gah da tumurcuğa bәnzәr dodaqlarını büzüb göz yaşını sellәndirirdi. İçindә, körpә,balaca dünyasında bir vulkan qaynayır,bir tәlatüm hiss olunurdu.Od olub yanmaq,su olub daşmaq istәyirdi…

-Bilirsiniz,mәn atamın Kamranın qızı olduğum üçün fәxr edirәm. Nә qәdәr ki,atam sağ idi,yanımızdaydı Şәhid olmamışdı,mәn böyümәk istәmirdim. Atam mәnә deyәrdi ki, «Aydan gözәl, günәşdәn pay qızım, tez böyü». Hәm dә atam istәyirdi ki ,tez böyüyәm polis olam… Amma mәn böyümәk istәmirdim. Hәmişә uşaq olmaq atamın qollarının üstündә oynamaq istәyirdim. Dünyanın әn gözәl yeri atamın qucağ idi…Dünyanın әn dadlı qiymәti atamın mәni öpmәsi idi… Bir gün atam bayrağımız bükülü gәldi.Mәni qucaqlamadı, saçıma sığal çәkmәdi. Mәni bağrına basıb qohumu,әtrimi içәnә çәkib «gözәldir,cәnnәt qohusu gәlir» demәdi…O gün mәn böyüdüm.O gün atamın birdә geri dönmәyәcәyini hiss etdim. Atam anamın göz yaşına qәrq oldu. Atamı anamın göz yaşında, nәnәmin nalәsindә ,axtarmağa başladım. Dedilәr sәn ağlama, atan sәni göydәn seyr edib pis olar. Bәs atam görmür ki, mәn onun baş daşını qucaqlayıb pis oluram? İndi hamı, mәni tanıyanlar mәnә baxıb deyirlәr sәn bir qәhrәmanın qızısan. Mәnsә qәhrәmanın yox, yanımda olub, hәr gün mәni әzizlәyәn, işә gedib,işdәn dә zәng edib sәsim üçün, gözlәrim üçün darıxan Kamranın qızı olmaq istәyirәm. Ona naz etmәk, uşaqlıqığma qayıtmaq istәyirәm. Bilirsiniz nә düşünürәm? Deyirәm kaş atam qazi olaydı. Әgәr atamın iki gözü olmasaydı әlindәn tutub gәzdirәrdim. Ona göz olardım. Әgәr atamın iki qıçı olmasaydı, onu bu balaca çiynimdә daşıyardım.Yox әgәr atamın qolu olmasaydı onun qolu olardım.Yedirәrdim, geydirәrdim... Tәki atalı olaydım, nәfәsini hiss edәydim. Әgәr danışa bilmәsәydi, mәn onu gözlәrindәn anlardım. Bu il qaradaşım birinci sinfә gedәcәk.Mәnim atam әlimdәn tutub mәktәbә aparmışdı. Bәs qardaşım? Çox istәrdim ki, qardaşımı da atam aparardı mәktәbә. Onda qardaşımda ürәkli olardı… İndi bircә şey qalıb, Atama layiq olmaq. Hәr gün mәzrını ziyarәtә gedirik. Deyirәm ki, bax çox deyirdin ki, qızım tez böyü. İstәyirәm deyәm ki, cәnab baş leytenant sәnin Aydanın hәm böyüyüb, hәm dә qocalıb. Bilirәm ki, atam yanımdadır… Ürәyimdәdir…İndi mәni eşidir. Eşidirsә bilsin ki, dünyanın әn gözәl atasını mәn hamıdan çox istәyirәm.Bir qız övladı olaraq atamı istәyirәm…

Atası Qurbanәl Kazımovun dediklәrindәn:

- Kamran sentyabrın 19-u evә gәldi. Tәlimdәn gәldiyini bildirdi. Nә tәlimidir,niyә o da Müdafiә Nazirliyinin tәlimlәrinә cәlb olunub, bu barәdә bir kәlmә dә olsun danışmadı. Sәhәr yenә, hәmişә işә getdiyi vaxt, yatağından qalxaıb işә gedirdi. Mәnim qoluma girib maşınının yanına gәtirdi. «Ata, mәn gedirәm.Bәlkә bir qәdәr gec gәldim. Ola bilәr ki, tәlimlәr bir qәdәr uzun çәkdi… Uşaqlar sәnә әmanәt. Darıxma. Hәr şey yaxşı olacaq. Mәn zәng etmәsәm, mәnә zәng vurmayın», dedi. Vallah heç ağlıma belә gәlmәzdi ki, bu bizim son vida görüşümüzdür. Hәmişә işә maşını ilә gedәrdi.Maşına hәyәtdә saxlayıb, özü getdi… Biz bu hәyәtә köçәndә Ucardan kәnddәn bir nar ağacı alıb gәtirib әkmişdi. Dönüb gedәndә bu nar ağacının yanında dayandı. Mәnim әkdiyim bu nar ağacına da yaxşı qulluq edin. Böyüsün, şahәlәsin, barı bәrәkәti bol olsun dedi… Sentyabrın 26 mәn zәng vurdu. Әhval-ruhiyyәsi çox yüksәk idi. Elә bil dünyanı buna başılamışdılar. Kamran sәsin yaxşı gәlir. Kefinin kök olduğunu sәsindәn hiss edirәm,dedim. Bәli dedi. «Ata,hәr şey әladır.Toya gedirәm.Toy başlayır ,toyumuz mübarәk»,dedi. Mәndәn nigaran olma, özündәn vә uşaqlardan muğayyәt ol . Qısa danışdı. Sonralar da imkan düşәn kimi zәng edirdi. Hәr bir kәnd, post, bir yüksәklik alınan kimi sevinirdi. Düşmәnә lazım olduğu dәrsi verәcәyik deyirdi. Atayam narahat lurum.Bir dәfә narahat olduğumu bildirdim. Kamran nә edirsәn et, özünü qoru.Sağ, salamat qayıt dedim. Ata Siz mәnimlә fәxr edәcәksiniz. Elә edәcәm ki, bir ömür mәnimlә qürur duyacaqsınız. Dediyi kimi dә etdi.Oğlum vәtәni, dövlәti, torpağı üçün canını qoydu. Әn uca mәqama yüksәldi…

Atayam, ayrılığa, həsrətinə dözə bilmirəm…

Kamranımı bayrağa büküb gәtirәndә, Kamranım müqәddәslәşdiyi gün, dedilәr tabutu açaq son dәfә oğlunu gör. Ürәyim gәlmәdi. Baxa bilmәdim.Hәm dә mәn Kamranımı yatılı,sakit sәssiz görmәmişdim. Onun sәsizliyinә tab gәtirә bilmәzdim… Kamaranımın şәxsi әşyalarını gәtirmәmişdilәr. Sonra mәn Daşburuna Kamranım Şәhid olandan sonra gәtirdiklәri morqa getdim. Onun әşyalarını, paltarını, tәlәb etdim.Orada bir müstәntiq var idi.Mәnә dedi ki, әmi dözә bilәcәksәnsә, hәr şey lentә alınıb, onu da göstәrim. Canımı dişimә tutub baxaram dedim. Bilmәk istәyirdim ki,oğulum, igidim haradan, hansı şәraitdә yaralanıb. İgidim düşmәnә arxa çevirib, yoxsa bir aslan kimi sinәsini qabağa verib? Baxdım ki, oğlum yaxın mәsafәdәn, qolunun altından, güllә keçirtmәz gödәkçәnin bağlandığ yerdәn vurulub. Üç güllә yarası alıb. Oğlum idmançı idi. Çevik idi. Düşmәn onunla üzbәüz gәlә bilmәzdi. Onu dişi, dırnağı ilә parçalayardı… Әşyalarını aldım. Qolundakı saat azad etdiyi, canını qoyduğu, qanını tökdüyü torpağa bulaşmışdı. Oğlum bu torpağ, bu vәtәni çox sevirdi. Tәkcә qolundakı saatı deyil özü dә vәtәn torpağına qovuşub Vәtәnlәşdi. Kamaran kimi bir oğulun atası olmaq çox qürurvericidir.

Xәyalә Kazımova,  şәhidin bacısı:

-Mәn qardaşım haqqında danışarkәn dünyanın әn gözәl sözlәrini seçmәk istәyirәm. Әn gözәl ifadәlәrini işlәtmәk istәyirәm…Amma qardaşsözündәn, qardaş kәlmәsindәn dәyәrlisini tapa bilmirәm. Özüdә o qardaş Kamran ola. Kamran mәnim üçün hәr şey idi. Arxam, dayağım, güvәnc yerim, ürәyimin taqәti, tәpәri idi. Atam evdә olmayanda atam idi. Dәrd ortağım idi. Bacım yoxdur, amma elә bilirdim hәr sözümü, hәr dәrdimi Kamranla bölüşә bilәrәm. Kamrana söz demәk lazım gәlmirdi ki… Adamın gözünün içinә baxıb dәrdini, sözünü sirrini bilәrdi… Kamranın varlığı bәsim idi… Kamran uşaqlıqdan mәni hәr yerdә müdafiә edirdi. Elә bil talismanım idi… Әlimdәn tutub mәktәbә aparır, dәrsdәn çıxanda әlimdәn tutub , mәktәb çantamı da әlinә alıb özü gәtirәrdi. Düzünü deyim ki, qardaşımın bu qayğısı mәnә çox lәzzәt edirdi. Forslanırdım… Birinci sinfә gedirdim.Boyum uşaqların hamısından balaca idi. Müәllimә hәmişә mәni sırada birinci qoyardı, qarşı tәrәfdә birinci partada otuzdurardı… Bir dәfә dә hәmişәki kimi müәllimәmiz mәni sırada birinci qoymuşdu. Sinfimizin әn dәcәl qızı, boyda mәndәn çox uzun olan Әminә sıra üstündә mәnimlә mübahisә edib, mәni döymәyә başladı. Düzünü deyim ki, Әminә güc çatası biri dә deyildi ki, müqavimәt göstәrәm. Bu arada mәn başladım ağlamağa. Birdәn Kamranın Xәyalә demәsini eşitdim. Sәn demә hәmәşәki kimi Kamran ardımca mәni evә aparmağa gәlibmiş. Qardaşımın sәsini eşidib ürәklәnib Əminəni yumruqladım. Hәtta gözünün altından bir yumruq ilişdirmişdim ki, bir hәftә göyәrtisi gözünün altında qalmışdı. O gündәn sinfimizin bütün uşaqları mәndәn çәkinirdilәr. Kamran hәmişә mәnim gücüm,qüvvәtim olub. İndi dә onunla fәxr edirәm. Varlığını hiss edirәm. Nә edirәmsә, hәtta nә düşünürәmsә, çalışıram ona layiq bir bacının hәrәkәtin edim. Kamranın adına layiq düşüncәnin sahibi olum. Indi dә dara düşәndә elә bilirәm Kamran gәlib mәni xilas edәcәk,qolumdan tutacaq. Kamran hәmişә mәnim qәhrәmanım,bәnzәmәk istәdiyim insan olub.Onda hәr şey cәm idi.Kamran heç bir şeyi yarımçıq,etmәzdi. Sevgisi dә bütöv idi. Sәdaqәtli idi… Bu 44 günlük Vәtәn müharibәsindә dә sevgisini ,sәdaqәtini,cәsurluğunu nümayiş etdirdi. Kamran sevmәk necә olar, komandir necә olmalıdır, zabit şәrәfi nәdir, kişi necә olmalıdırı әmәllәri ilә sübut etdi, göstәrdi. Mәnim üçün çox ağırdır,dözülmәzdir.Kamran kimi bir qardaş itirmişәm.Canımdan can ayrılıb. Amma qürurluyam. Fәxr edirәm ki, Kamran kimi qardaşım var. Hәm dә ümidliyәm. İnanıram ki, cәnnәtdә qardaşımı görәcәm.Özüm dә olmasam ruhumuz bir- birinә sarılacaq. İndi isә baş leytenan Kamaran Kazımova bir şәhid bacısı olaraq deyirәm: - Cәnab baş leynenant Kazımov, sәnin kimi övladları olan Vәtәn basılmaz. Sәn bir evin yox, bir elin oğlusan.Sәnin adın Vәtәndir! Adına qurban olum.

Döyüş yoldaşı Hәsәnov Sahibin xatirәlәri:

-Mәn 2005 ci ildәn Daxili Qoşunların Xüsusi Tәyinatlı qüvvәlәrindә xidmәt edirәm.Türkiyәdә, Cindә hәrbi tәlimlәrdә olmuşam. Xidmәt etdiyim bu illәr әrzindә çox zabit görmüşәm, çox komandirlәrim olub. Çox insanlarla tәmәsada olmuşam. Amma Allah hәlә qarşıma Kamran Kazımova bәnzәr nә komandir kimi komandir, nә zabit kimi zabit, nә insan kimi insan, nә dost kimi dost, nә dә qardaş çıxarmayıb. Kamran Kazımov müqayisә olmayacaq bir insan bir komandir,әsl hәrbiçi, Vәtәni yolunda canını qurban verәcәk әsl vәtәndaş, çox lәyaqәtli bir kişi idi. Onunla xidmәt etmәk dә Allah şans versәydi onunla birlikdә şәhadәtә qovuşmaqda şәrәf olardı. Kamran 2017- ci ildә Xüsusi Tәyinatlıların kursun keçәrәk gәlmişdi bizim bölüyә. Kamran hәm әsl döyüşçü, çox qiymәtli, hәr şeyi etibar edilә bilәcәk namuslu bir dost idi. Namus çәkәr oğlan idi. Şәrәfli idi. Özünә hörmәt qoyan,lәyaqqәtli , әsl zabit idi…Biz Kamranla Vәtәn Müharibәsindәn öncә dә birgә, çox tapşırıqları icra etmişik. Müharibәdәn öncә Kamranın әsl vәtәnpәrvәrliyini, düşmәnә nifrәtini çox yaxşı bilirdim. Kamran hәm dә bunu necә biruzә verdiyini qeyd etmәk istәyirәm. Kamran tabeçiliyindә olan döyüşçülәrin xüsusi yetişmәsindә, hәrbi biliklәrә vaqif olmasında xüsusi rolu var idi. Gecәsini gündüzünә qatardı. Sanki hәr gün müharibәyә hazırlaşırmış kimi әsgәrlәri ilә ciddi mәşqul olar ,qisas gününü gözlәyәrdi. Torpaqların işğalı ilә qәti barışa bilmirdi.Onu özünә bir dәrd edәn, bu dәrdlә yaşayan ,vә hәtta mәğlubiyyәtin xәcalәtini çәkәn zabit idi. Vә deyim ki, bu insan genetik olaraq, hәrbiçi zabit idi. Bәlkәdә bu ondan irәli gәlir ki, gözünü açıb evdә hәrbi paltar ,hәrbi nizam intizam,düşmәnә nifrәt ,vәtәn sevgisi görüb. Kamran bizim әsl hәrbiçi kimi yetişmәmizdә, xüsusi xidmәti olan bir zabit bir vәtәnpәrvәr olub. Daxili Qoşunlar daxili sabitliyә xidmәt edәn bir qurumdur. Karantin dövründә biz karantin xidmәtinә cәlb olunmuşduq. Kamran Kazımovun bizә ilk sözü bu olmuşdu ki, vәtәndaşla elә davranın elә hәrәkәt edin ki, qarşısında qanunu, vәtəndaşı vә vәtәni sevәn bir әsgәrin olduğunu, vәtәndaşı görsün. Vәtәndaşlarımızla, sevgi ilә davranın. Sevgi verin ki, vәtәndaş sәnә inansın, sәni sevsin. Kamranın әxlaqı bir müәllim әxlaqı, davranışı bir ziyalı davranışı , tәlәbkarlığı isә әsl hәrbçi davranışı idi… Müharibә vaxtı komandanlıqdan tapşırıqlar alanda, Kamranın üzündәki xoşbәxtliyi,sevinci heç cürә tsәvvür etmәk mümkün deyil. Kamran bizi bir yerә toplayıb sanki toya, şәnliyә gedirmiş kimi, «artıq vaxtı gәldi. Şükür Allaha ki, bu şәrәfli tapşırığı yerinә yetirmәk әmri bizә verilib.Xidmәt etdiyim illәrdә aldığım әn gözәl tapşırıq,әn şәrәfli әmr budur. Biz Qarabağımızı düşmәndәn azad etmәyә gedirik»,dedi. Biz Kamranla eyni istiqamәtdә ayr- ayrı yerlәdә döyüşürdük. Vaxt tapan kimi bizimlә әlaqә saxlayıb, hal- әhval tutur,necә olduğumuzla maraqlanırdı.Bir sözü var idi «Uşaqlar biz çox şәrәfli yoldayıq.Mәn bilirәm vә duyuram,mәn әn gözәl olan şәhidlik zirvәsinә yüksәlәcәm.Amma bundan heç kim nә üzülsün,nә dә qәm çәksin. Mәn çәkdiyim bütün zәhmәtimi sizlәrә halal edirәm. Bizlәr vәtәn üçün millәt üçün yaşayan, canını hәr an bu yolda fәda etmәyә hazır olan insanlarıq. Şәhid olsam üzülmәk yox, iftixar etmәk lazımdır».Kamran hәqiqәtәn bir qәhrәman, güclü bir insan idi. İstәr fiziki, istәr pisxoloji,istәr mәnәvi cәhәttdә seçilәn fәrqli bir insan idi. Kamran Gәlbәcәr, Füzuli, Cәbrayıl vә Hadrutun alınması uğrunda gedәn döyüşlәrdә xüsusi qәhrәmanlığı ilә fәrqlәnә bir komandir idi. Döyüşlәrin qızğın vaxtı idi.Ölüm dirim savaşı gedirdi. Yaşamağımız, sağ qalmağımız bir möcüzәdir desәm sәhv etmәrәm. Bu mәqamda yadıma Kamran düşdü. Tez onunla әlaqә yaratdım. Kamran Cәbrayılın azad olunması uğrunda döyüşlәrә qatılmışdı. «Komandir bir çәtinliyiniz filan yoxdur ki?» soruşdum. Dedi ki, Cavid, bilirsәn nәyә bәnzәyir sәnin bu sualın? Dedim ki, komandir de bilim nәyә bәnzәyir? .Dedi ki,mәn gözәl nәfәs aldığım, havanı ürәk dolusu sinәmә ,ciyәrlәrimә çәkib, ohayyy dediyim vaxt elә bil soruşursan ki,nәfәsin gәlmir? Komandir bizim üçün çox dәyәrli,ümid vә etibar etdiyimiz,son tikәmizi bölә bilәcәyimiz bir insan olub.Onunla tapşırığa getmәk bizim üçün şәrәf idi.Biz Hadrut istiqamәtindә çox çәtin vә şәrәfli tapşırıq almışdıq. Dağlı, daşlı,çox keçilmәz qayalıqlarla Xocәvәndә doğru irәlilәyirdik. Dumanlı bir hava idi. Qarabağın releyfini bilirsiniz. Düşmәnin mövqeyi çox möhkәm vә әlverişli idi. Amma biz haqq uğrunda, öz ana yurdumuz uğrunda döyüşdüyümüz üçün, haqlı olduğumuz üçün mәnәvi güc dә üstünlük dә bizdә idi. Haqq savaşında haqlı tәrәf biz olduğumuz üçün onlardan o әrazilәri sökә -sökә aıırdıq. Sәhәr üzü düşmәndәn geri aldığımız bir әrazidә mövqәlәrimizi möhkәmlәdirdik ki, rabitә vasitәsi lә komandirin Şәhidlik zirvәsinә yüksәldiyini, qәhrәmancasına şәhid olduğu xәbәrini aldıq. Komandir şәxsi heyәti düşmәnin mühasirәsindәn çıxarmaq üçün, vәtәnin vә әsgәrlәrinin xilası naminә özünü fәda etmişdir. Bu xәbәr bizim üçün çox üzücü, ağır bir xәbәr idi. Amma bunun belә olacağını hәr kәs bilirdi. Komandir әsgәrinin ,qardaşı dostu,hәtta gәnc olmasına baayaraq,çox qayğıkeş atası idi. O,özünü açıq hәdәf edәrdi ,әsgәrini zәrәr çәkmәyә qoymazdı. O,,bir әfsanә, O, bir nağıl,O, bir gerçәk qәhrәman idi». Onun dediyi sözlәr hәr birimizin qulağında hәr gün sәslәnir «Mәn bir dastan olacam.Bu mәnim yazımdır.Bu mәnim taleyimdir.Mәn şәhid olacam»,deyirdi. O,öz yazdığı dastanı özü oxuyan bir qәhrәman idi…Xahiş edirәm komandirim haqqında elә yazın ki, bütün Azәrbaycanbu qәhrәmanlıq dastanını oxusun. Gözәl komandirim!!! Canım komandirim ,dostum,can yoldaşım!Şәrәfli hüzurunda durub әsgәr salamı verirәm. Ruhun fatihә oxuyuram.Rahat yat. Qarabağ Azәrbaycandır!

Döyüş yoldaşı Fәrid Bağırlının dediklәri:

-Kazımov Kamaranla illәrdir çiyin-çiyinә xidmәt etmişik. Onunla 2015- ci ildәn Daxili İşlәr Nazirliyinin «Kobra»adı ilә tanınan Xüsusi Tәyinatlılarında birgә çalışmışıq. Kamran әvvәl xüsusi vasitәlәrdә komandir vәzivәsini icra edirdi. Onun Vәtәnә olan sonsuz, mәn deyәrdim ki, ilahi mәhәbbәti, qәhrәmanlıq hisslәri Xüsusi tәyinatlılara gәtirmişdi. Kamranın çox gözәl müşahidә qabiliyyәti var idi. O xüsusi tәyinatlılara baxıb ruhәn özünü orada gördüyü üçün,imkanlarından, gücündәn, bacarığından istifadә etmәk mәqsәdi vә urәyindәki arzuları hәyata keçirmәk niyyәti ilә Xüsusi Tәyinatlılara gәldi. Biz onunla illәrlә birlikdә xidmәt aparmışıq. Son vaxtlar, pandemiya dövrü nazirin әmri ilә karantin qaydalarına әmәl etmәk mәqsәdi ilә әhalimizә xidmt etmişik.  Әhalimizin sağlamlığının qayğısına qalmışıq. Xidmәti vәzifәmizizi şәrәflә yerinә yetirmәyә çalışmışıq. Bu dövrdә dә Kamran fәrqlәnirdi. Vәtandaşlarımıza olan münasibәtdә fәrqlәnirdi. Özünü o, qәdәr nәzakәtli, xoş rәftar, qayğıkeş göztәrirdi ki, vәtandaş onun münasibәtindәn dәrs götürürdü. Tapşırıqlarına sözüz әmәl etmәyә çalışırdı. Onunla dostluq münasibәti qurmağa çalışırdılar. Mәn deyim ki, Kamran Kazımov bir mәktәb idi. İnsanlıq mәktәbi. Fәrqli bir adam idi. Diqqәtli bir adam idi. Çox ailәcanlı bir insan idi. Ailәsinә düşkün, ailәsinә sadiq bir insan idi. Kmarandan çox şey öyrәnmәk olardı. Ailә münasibәtlәrindә O, bir etalon idi. Boş vaxtı olanda vaxtını ailәsi ilә keçirmәyi çox sevәrdi. Tez- tez evә zәng edәr, maraqlanardı. Açığı deyim ki,bәzәn onu hәrәkәtlәrini qәbul edә bilmirdik dә. Evli, ailәli deyildik. Düşünürdüm ki,evdәn sәhәr- sәhәr çıxıb, az vaht keçmәsinә baxmayaraqzәng edib nәyә ehtiyacları olduğunu soruşur. Uşaqlarının sәsini dinlәmәk istәyir. Әrtoğrulumla, Aydanımla birgә keçirdiyim vaxt әn xoş istirahәtimdir deyirdi…Biz Kamranla dost, qardaş idik. Aramizda adi vaxtlarda rәsmiyyәt olmazdı. Әmr, tapşırıq, sıra düzümü, Kamran komndir idi. Özü dә tәlәbkar komandir. Nizam- intizam sevәn vә qanunlara hәrfinә qәdәr әmәl edәn komandir idi. Kamran çox gәnc yaşlarında ailә qurmuşdu. Ondan ailә mövzusunda öyrәnәcәk çox şey var idi. Sonralar biz evlәnәndәn, ailә uşaq sahibi olandan sonra dostumuzu gözәl başa düşmәyә başladıq. Böyüklüyünü, hәtta müqәddәsliyini gördük. Kamran bizim hәr işimizә diqqәt verәn, geyim kecimimizә, hәtta mülki formad olanda belә nә geydiyimizә necә hәrәkәt etmәyimizә diqqәt edәrdi… Adi çay içmәk istәdiyimiz yerin bizә, uniformamıza yaraşıb-yaraşmamağına qәdәr diqqәt yetirәrdi… Kamran әsl zabit idi. Zabit şәrәfinә hörmәt qoyan çox şәrәfli bir zabit, әsl vәtәndaş, Vәtәn üçün canından keçmәyә hazır olan bir әsgәr idi. Çox böyük nüfuz sahibi idi. Daxili xidmәtlәrdә biz әmәlyat qurupu olaraq növbәdә o,isә üstümüzdә komandir olaraq rәhbәr qalırdı. Biz onunla sәhәrә kimi torpaqlarımızın işğaldan necә azad olunması haqqında fikir mübadilәsi yürüdәr,tarixi söhbәtlәr edәrdik. Kamran tarixi hәm gözәl bilirdi, hәm dә gözәl mәntiqi var idi. Tarixi şәxsiyyәtlәrimizi sevirdi. Elә bu sevginin nәticәsi olaraq oğlunun adını Әrtoğrul qoymuşdu.Hәr dәfә dә son sözü bu olurdu ki,canımızı qoymaqda olsa torpaqlarımızı azad etmәliyik. Nәhayyәt 2020 ci ilin iyul aynda Müdafiә Nazirliyinin xüsusi tәyinatlılarının tәrkibinә qatılmaq üçün seçim oldu.O zaman bizdәn cәmi 38 nәfәr o tәrkibә düşә bildik. Tәbii ki o 38 nәfәrdәn biri dә Kamran idi. O zaman şәxsi heyyәtin üstündә durmağa komandir lazım idi. Kamranı ora kmandir tәyin etmәk istәdilәr ki, sәn burada bizә daha çox lazımsan. Әgәr ehtiyac olsa sәni dә döyüş zonasına çağırarıq. Mәn bilmirәm hәmәn anı necә tәsvir edim. İnanın ki, Kamran özünü daşa, qayaya çırpırdı ki, komandir mәni bu şәrәfdәn ayırmayın, Mәni o sıraya qatın. Axır gedib komandiri yanına girәrәk,mәni bu şәrәfdәn, Qarabağın azadlığı uğrunda mübarizәdәn ayırsanız canıma qәsd edәrәm,dedi. Axır ki istәyinә nail oldu. O,bizim sıraya gәldi. O an onun sevincini ,keçirdiyi xisslәri sözlә ifadә etmәkdә çәtinlik çәkirәm. Biz iyul ayınadan sentyabrın 26-na kimi tәlimlәrdә olduq.Kamran tәlimlәrdә möhkәm iradә, peşakarlıq, dözümlülük göstәrdi. Kamran bizә örnәk idi. Kmaran bizә düşmәndәn qorxmamağı, düşmәnin zәif olduğunu söylәyib,bizi pisxoloi cәhәtdәn döyüşә hazırlayırdı. Kamran dәstәsinin başında duran hücuma hazırlaşan bir aslana bәnzәyirdi. Nәhayyәt mәqam yetişdi. Sentiyabrın 27-dә düşmәnin hucumuna qarşı biz әks hücuma keçdik. Döyüş yolumuz Kәlbәcәrdәn başladı. Biz Kәlbәcәrә Daşkәsәn istiqamәtdәn daxil olmuşduq. Kәşfiyyat cığırı ilә hәrәkәt edәrәk , Ömәr aşırımını, Canavar vә Teşeka postunu götürüb Camışdağa doğru istiqamәtlәnmәliydik. O postlar elә istehkamlanmışdı ki, ora artileriyasız, hava hücumu vasitәlәrsiz girmәk mümkün deyildi. Amma bizim vәtәn sevgimiz, torpağa olan mәhәbbәtimiz, azğın düşmәnә olan nifrәtimiz, vә dönmәz iradәmiz әn güclü silahımız idi. Biz tez bir zamanda o postları mәhv edib döyüşә- döyüşә irәlilәyәrәk düşmәni geri çәkilmәyә mәcbur etdik. Düşmәn mәkirli vә güclü idi. Çox әlverişli mövqedә möhkәmlәnmişdir. Hava sәrt idi.Kah duman,gah yağış,çәn- çisgin olurdu. Düşmәn mövqelәrimizi arteleriya atәşinә tuturdu. Tәsәvür edin ki, gecә trayser güllәlәri ilә ataış edirdilәr. Dәrxalda trayserlә atdıqları istiqamәti minamiyot atәşinә tuturdular. Biz komandanlıqdan hansı istiqamәtә hәrәkәt etmәk üçün 5 dәqiqәlik fasilә etdik.  Mәnim bir әsgәrim var idi - Әsgәrov Әhmәd. Allah yerin cәnnәtlik etsin. Sonradan şәhid oldu. Onunla bir qaya yatağına söykәndik. Üstündәn bir an keçmәmiş yanımıza «Fuqas» minamyot mәrmisi düşdü. Zәrbә bzim hәr ikimizi iki metr yuxar qaldırıb zәrblә yerә çırpdı. Gözümü açanda özümü hiss etmirdim. Elә bildim ki iki qıçımı da yoxdur. Özümә gәlәndә ilk soruşduğum Әhmәd oldu. Әhmәd sağsanmı,yaxşısanmı dedim. Әhmәd cavab verdi ki sağam, yaxşıyam. Muharibә budur-insan özünü yox, daha çox silah yoldaşını, yanında olan can qardaşını düşünür. Elә bu an bizdәn yuxarda mövqelәnәn Kazımov Kamran bir әlinә mәnә, digər әlini Әsgәrov Әhmәdә uzadaraq var gücü ilә bizi çәkib qayanın arxasına atıb cәld özü dә mövqeyini dәyişdi. Bu elә bir sürrәtlә baş verdi ki, nә olduğunu hiss edә bilmirdik. Üstündәn heç 15 saniyә keçmәmiş hәmin yerә ikinci «Fuqas»düşdü. İnanın Kamran bizi oradan çәkib çıxarmasaydı, yerimizi dәyişmәsәydi, hәmin an bizim tikәmizi dә tapmaq mümkün olmazdı. Bütün bu çәtinliklәrә baxmayaraq döyüşlәri davam etdirdik. Әn yüksәk zirvә olan Ömәr aşırımını gecә saat 1-dә götürüb, digər bölmələrimizə tәhvil verdik. Bizә başqa bir әmr gәldi ki, döyüşlәri başqa istiqamәtdә davam etdirәcәksiniz. Sәhәr saat 6-ya kimi dayanmadan hәrәkәt edәrәk Murovun әtәyinә yaxınlaşdıq. Ora cәmlәşmә yerimiz idi. Maşınlara tәrtiblәnib geriyә qayıdana qәdәr arteliriya atәşinә, top atәşinә tutulduq. Biz sıyrılaraq artileriya atәşinin altından çıxıb Daşkәsn istiqamәtinә verilәn tapşırıq üzrә planlı hәrәkәt etdik. Sentyabrın 30-u Füzuli istiqamәtinә çatdıq. Lәlә Tәpә deyilәn postdan öndәki postu götürәrәk gecә saatlarında Cәbrayıl rayonuna daxil olduq. Kamran bu döyüşlәrdә әsl komandir, peşәkar bir döyüşçü ,ürәyindә qәzәb olan bir aslan, eyni zamanda qayğkeş bir ata, dost qardaş olduğunu nümayiş etdirәn vә әsgәri üçü canını fәda etmәyә hәr an hazır olan komandir kimi özünü göstәrib, әmәli ilә tәsdiq etmiş oldu.Bir qarış torpağımızı belә düşmәndәn azad edәndә Kamran sevincindәn qanadlanıb quş kimi uçmaq istәyirdi. Kamran bizә ruh,güc,inam verirdi.Biz dә ruhlanırdıq ki,torpağı düşmәndәn azad edәn gerçәk qәhrәmanlarıq. Bu inamla Allahın bizә verdiyi güc, çoşqu ilә öz torpaqlarımızı azad edirdik. Torpaqlarımızın mәnfur düşmәndә qalmamasını istәyirdik. Bu minvalla Cәbrayl rayonu istiqamәtindә bütün kәndlәri düşmәndәn azad etdik. Kamran şükürlәr edirdi.Qürurlanırdı…dizin yerә atab azad etdiyimiz torpağı duz- buz olub yalayırdı. Kamran deyirdi ki «Bu hәlә başlanğıcdır, Biz bütün torpaqlarımızı almalıyıq. Şәhid olmuş qardaşlarımızı, gördükcә damarımızda qanımız cuşa gәlirdi. Hәr bir әsgәr, zabit, döyüşçü qiqs deyirdi.Sanki ayağımızın altındakı torpaq bizi tanıyıb sevinirdi. Sanki dağ da daş ,göydәn uçan quşad biz tanıyıb bizә alqş deyib,qisas hayqırırdı. Elә bil Şәhid olmuş qardaşlarımızı gördükcә qәzәbindәn Kamrana güc,qüvvәt gәlirdi. O,möcüzәlәşmişdi. O,әfsanәlәşmişdi. O, nurlanıb xilasgar bir Mәlәyә dönmüşüdü. Nәhayyәt oktyabrın 4-ü Cәbrayl rayonunu düşmәndәn azad etdik. Cәbrayıl rayonunda Vışkalar deyilәn yer var. Hadruta gedәn istiqamәtdә düşmәn mәni snayperlә vurdu. Eyni zamanda minamyot atışlarının nәticәsindә mәn hava boşluğuna düşdüm. Zәrbә mәni dәrә yatağına atdı. Mәn yaralı vәziyyәtdә dәrә yatağında qaldım. Komandir döyüşlәri davam etdirdi. Arxadan gәlәn tәxliyyә qruplarını düşmәn pusquya salmışdı. Mәn qan itirәrәk orda qalmışdım.Komandir isә döyüşәrәk irәlilәyirdi. Düşmәn hiylә işlәdәrәk onları da mühasirәyә salmışdı. Bu döyüşlәrdә sәhәrә yaxın Kamranın şәhid olma xәbәrini eşitdim. İnanın,bәlkә dә kimә isә tәccüblü gәlәr,inanmaq istәmәz.Hamı yaşamaq istәyir. Hamı ölümü yox hәyatı düşünür. Amma Kamran Şәhidliyә tam hazir idi. Bu onun arzusu idi. Qoy mәn şәhid olum tәki vәtәn yaşasın deyirdi. Mәnim Kamrana bir can borcum var.O,mәnim yaşam sәbәbim, xilasgarımdır. Kamran kimi insanlar çox az doğulurlar. Bu dünyanı gözәllәşdirәn, insanlığı, Vәtәni yaşadan, Şәrәfi qoruyan,lәyaqәti uca tutmağı bacarmaq hamıya nәsib olmur.Kamarn bunu bacarırdı. Hәm dә çox gözәl bacarırdı. Ona görә dә Allah onu seçilmişlәrdәn etdi. Allah onu mәqamına götürdü. O,uca mәqamın Uca olsun qardaşım Kamran.

Ramiz Hәsәnov, döyüş yoldaşı:

- Sentyabrın 27-si biz Murovdağ istiqamәti ilә hәrәkәt edәrәk sәhәr saat 6-da Camışdağa çatdıq. Yollar keçilmәz qayalıq, dağ aşırımları idi. Bәzәn elә olurdu qayalıqları, kanatla, xüsusi vasiitәlәrlә keçirdik. Hava dumanlı, çısgin yağşlı, çәnli id.Sәhәr saat 6–da biz Camışdağa çatdıq. Kamran Kazımovun tabeçiliyindә,onun әmri ilә hәrәkәt edirdik. Komandanlıqda komandirә tapşırıqlar gәlirdi.O,bizi qruplara bölәrәk verilәn tapşırıqları layiqincә yerinә yetirirdi .Bu döyüşlәrdә Kamran özünü peşәkar bir hәrbçi,bir vәtәnpәrvәr, lәyaqәtli ,qorxmaz bir qәhrәman kimi tәsdiq etdi. Şәxsi heyәti ona olan inamını sevgisini daha da artırdı.Camış dağ istiqamәtindә gedәn döyüşәrdә komadir qrupumuzun qarşısında qoyulan tapşırıqlar layiqincә necә icra etdiyini vә şәxsi heyәtini necә qoruduğunu görüb, şahidlik etdik. Hәtta öz hәyatını tәhlükәyә ataraq iki döyüş yoldaşımızın hәyatını minamyot zәrbәsindә necә qoruduğunu gördük. Bunu hәr insan bacara bilmәz. Әsgәri üçün hәr komandir ölmü gözünün altına almaz. Amma Kamran Kazımov bunu etdi.Camış dağ istiqamәtindә bizә verilәn tapşırığı icra etdikdәn sonra bizә Cәbrayıl istiqamәtindә hәrәkәt edib, Cәbrayılın azadlığı, xilası uğrunda döyüşә qoşulmaq әmr olundu. Biz Cәbrayıla doğru kurs götürdük. Cәbrayılın alınması elә dә asan olmadı. İlk gündәn ağır döyüşlәr oldu. Düşümәnin müqavimәtinә baxmayaraq komandir qrupumuza yalnız irәli әmrini verdi. Kamran Kazımov әsl komandirlik nümunәsi, kişilik nümunәsi idi. Öndә irәllәyirdi. Bizi, döyüşçülәrini sinәsi ilә qoruyurdu. Cәbrayıla çatmağa az qalmış ermәnilәrin bir neçә ağır texnikasını vә ağır atıcı silahını vә böyük bir canlı qüvvәsini mәhv etdik.Bir neç gün çәkәn ağr döyüşlәrdәn sonra biz Cәbrayıl şәhәrinin girişinә çatdıq. Komandir әsas girişi götürmәk üçün qrupa bir neçә tapşırıq verdi. Biz döyüşә döyüşә irәlilәyirdik. Ermәnilәr hә santmetr üçün ciddi müavimәt göstәrir, vuruşurdular.Amma bizim qarşımızda duruş gәtirmәk dә elә dә asan deyildi. Emәnilәr texnikalarını, postlarını qoyub vahimә içindә qaçırdılar. Bu zaman biz maşınla öz postunu qoyub qaçan yüksәk rütbәli ermәni zabitini Muxa tipli qrantamyotla vurub mәhv etdik.Hәmin postda bir neç ermәni әsgәrini dә mәhv etmişdik. Biz tapşırığı uğurla yerinә yetirib әsas girişi götürdük. Ermәnilәr bu mәğlubiyyәtlә barışmaq niyyәtindә deyildilәr. Sayları da bizdәn üçqat çox idil. Ağır texnikaları da var idi.Ermәnilәr qruplara bölünüb üstümüzә hücuma keçib bizi mühasirәyә salıb tamamilә mәhv etmәk niyyәtindә idilәr. Açığını deyim ki, geriyә çәkilmәkdә asan deyildi. Faktiki mühasirәdә idik. Komandir özü ilә bir iriçaplı pulemyot götürüb, şәxsi heyyәti tamamilә mәhv etmәkdәn qorumaq mәqsәdi ilә bizә geri çәkilmәk әmrini verdi. Komandir bizim geriyә çәkilmәmizi pulemyot atәşi ilә dәstәklәyirdi. Belә deyәk ki,pulemyotçu Cәfәrov Vüqarla bizim xilasımız naminә özlәrini açıq hәdәf etmişdilәr… Biz komandirin әmrinә әsasәn geri çәkilib, yenidәn cәmlәşib әks hücuma keçәrәk yenidәn girişi götürdük. Çox tәssüf ki, bu döyüşdә Vәtәn öz lәyaqәtli, ölmәz, ölümü ilә dastan yazıb ölümsüzlüyә qovuşan iki oğlunu itirdi. Komandir Kazımov Kamran vә Cәfәrov Vüqar ruhlarını göylәrә tәslim etmişdilәr. Onlar Vәtәnә bağlı, dövlәtә sәdaqәtli, millәtini sevәn, vә içlәrindә ilahi bir vәtәn eşqi yaşadan qәhrәmanlar idi.Heç kimin bacarmadığını edәn qәhrәmanlardı. Ölmәyi bacaran, şәhadәti şәrbәt kimi qәbul edәn. Özlәri üçün deyil Vәtәn üçün yaşayan qәhrәmanlar idilәr. Komandirim, Vәtәnimin qәhrәman oğlu,ruhun qarşında sәcdә edirәm.Mәqamın qarşısında baş әyirәm.Tәk bir anlıq yox, unudulmaz adın, iftixar doğuracaq adın, vә ruhun qarşısında sayğı duruşu ilә sәnә әsgәr salamı verirәm.Göylәrdәn,laiq olduğun ucalıqdan,o müqәddәs dәrgahdan baxıb әsgәrinin salamını qәbul etsәn nә mutlu mәnә deyirәm.Sәn bizim iftixarımızsan Kamran Kazımov.

Müdüriklәr heç dә әbәs yerә dünyanı sirli ,sehirli dünya adlandırmayıb. Dünya sirlәrlә dolu bir dünyadır. Bizim dәrk etmәdiyimizi,bu dünyanın memarı olan Allah bәlkә dә öz seçilmiş bәndәlәrinә ömür payı yazanda başna gәlәcәklәri öncәdәn onlara agah edir. Şәhidlәr Tanrı dәrgahında Peyqәmbәrlәrin yanında sәf tutan әn müqqәddәs insanlardır. Bәlkә Allah onlara öncә ölümsüzlüyün yolunu göstәrib,sonra o müqqәddәs yola çıxarır? Bilmirәm. Bunlar mәnim qarışıq düşüncәmin mәhsuludur.Әgәr elә deyilsә Kamran niyә hәyәtindә ölümsüzlük,müqqәddәslik ,simvolu olan nar әkirdi? Niyә atasından ayrılıb Vәtәn Müharibәsinә gedәrkәn,mәnim әkdiyim ağaca yaxşı qulluq edin, böyüsün, şahәlәnsin, barı bәrәkәti artsın deyirdi? Can paraları ilә yanaşı,әkdiyi ağaca da yaxşı qulluq edilmisini istәyirdi. Nar hәyat rәmzidir.Bәlkә dә bir insanın ömrü bir yerdә bitәndә başqa bir yerdә bizim görmәdiyimiz, bilmәdiyimiz başaq bir förmada başlayır? Bәlkә dә nar Vәtәn Müharibәsi günlәrindә xalqımızı birlәşdirәn, bir yumruq edәn o müqqәddәs dәmir yumruğun işarәsidir? Kamran döyüşә gedәrkәn әkdiyi nara qulluq istәyәrkәn bәlkә bir olmamızı, nar dәnәsi kimi birlәşmәmizi arzu edirmiş? Bütün bunlar bәlkәlәrdir? Hәqiqәt isә budur ki, illәr öncә Qurbanәli Kazımovun Kamran adında dünyaya bir oğlu gәldi. Bu dünyadan kam almamış, canını canından artıq sevdiyi bu vәtәnә qurban verdi. Qanı ilә qәhrәmanlıq dastanı yazanlardan, adı ilә vәtәnә şöhrәt gәtirәnlәrdәn, әmәli ilә baş ucaldanlardan oldu. Biz Qurbәnil Kazımovla görüşüb ayrılanda, qәhrәmanımızın ailәsi onun әkdiyi nar ağacının әtrafında dayanıb, meyvәlәrinә tamaşa edirdilәr. Müqәddәs insanların әkdiklәrini qorumaq sevmәk, onun meyvәlәrinә qulluq etmәk hәr bir namuslu vәtәndaşın borcudur. Elә Kamranın nar kimi saf müqqәdәs,vәtәnә әmanәt üç körpәsini dә... Qoruyun narları, sevin körpәlәri. Onlar bizlәrә Vәtәni Vәtәn edәn qәhrәmanların әmanәtdir. Canlarını vәtәn torpağına qatan, ruhları azad vә xoşbәxt şәhidlәrin arzuları hәyata vәsiqә qazanaraq cәnnәt meyvәsi tәk göyәrәcәk. Neçә Әrtoğrullar, neçә Kamranlar hәlә doğulub ölümün özündәn böyük olan ölümә qalib gәlәcәklәr.Ölümün qәdәri isә şәhidlәrin ruhunda әriyib itәcәk. Qalan isә vәtәn vә torpaqdır. .

Elşən QƏNİ