18 sentyabr 2021 08:30
876

“Prodüser mərkəzi” Milli Musiqi günü ilə əlaqədar sosial videoçarx hazırladı

Azərbaycanda ilk dəfə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” Milli Musiqi günü münasibəti ilə sosial video çarx hazırlayıb.

“İki sahil” xəbər verir ki, Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, video çarxın əsas məqsədi klassik musiqimizin və Üzeyir bəyin irsinin müasir Azərbaycan gənclərinə təbliğ edilməsidir. Sosial video çarxda  Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.

Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavad oğlu, oranjimançı Coşqun Qadaşov, vokal üzrə müəllim İnarə Babayeva və prodüseri Fərid Mərddir.

Qeyd edək ki, videoçarx tamaşaçılar  tərəfindən maraqla qarşılandı.