18 sentyabr 2021 14:13
885

Fərhad Bədəlbəyli: Biz mədəni sərvətimiz olan musiqi irsimizi mütləq saxlamalı, inkişaf etdirməliyik

Üzeyir Hacıbəylinin Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, Cahangir Cahangirov, Soltan Hacıbəyov kimi tələbələri olub. Heç bir müsəlman ölkəsində belə bəstəkarlar və musiqi mədəniyyəti yoxdur.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib. O qeyd edib ki, biz mədəni sərvətimiz olan musiqi irsimizi mütləq saxlamalı, inkişaf etdirməliyik.

“Şuşa indi azaddır. Şuşaya həsr olunan musiqi əsərləri, teatr tamaşaları, filmlər mütləq olacaq. Bayramınızı təbrik edirəm. Şuşada görüşərik. Artıq bu, həqiqətdir. Bütün festivallar, musiqi bayramları, müsabiqələri, muğam müsabiqəsi əlbəttə, Şuşada keçiriləcək”, - deyə Fərhad Bədəlbəyli söyləyib.