25 sentyabr 2021 11:28
751

"Milan"ın baş məşqçisi futbolda basketbol qaydalarının tətbiqini təklif edib

İtaliyanın "Milan" futbol komandasının baş məşqçisi Stefano Pioli bir neçə maraqlı təklif irəli sürüb.

“İki sahil” xəbər verir ki, italiyalı mütəxəssis futbolun inkişafı və daha baxımlı olması üçün burada basketbolun bəzi qaydalarının tətbiq edilməli olduğunu bildirib.

56 yaşlı mütəxəssisin sözlərinə görə, top meydanı tərk etdikdə vaxt dayandırılmalıdır: "Əlimdə olsaydı, görüş ərzində bir neçə dəfə taym-aut götürərdim. Həmçinin müasir oyunda daha çox hücum futbolu görmək istəyiriksə, mərkəz xəttini keçdikdən sonra meydanın özünə aid hissəsinə qayıtmaq qadağası tətbiq olunmalıdır".

Qeyd edək ki, Stefano Pioli 2019-cu ildən "Milan"ın baş məşqçisidir.