28 sentyabr 2021 19:01
873

Şabranda Anım Günü tədbirləri FOTO

27 Sentyabr Anım Günü münasibətilə Şabran rayonunda bir sıra tədbirlər həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov,YAP Şabran rayon təşkilatının aparat işçiləri, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə rayon Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Tədbirlər çərçivəsində rayon Mədəniyyət Mərkəzində  "Xarı bülbül" pyesinin motivləri əsasında hazırlanan tamaşa nümayiş olunub.

Anım Günü münasibətilə Şabran rayon Uzunboyad kəndində Uzunboyad, Rəhimli və Məliklər kəndlərindən olan şəhidlərin əziz xatirəsini yad etmək üçün inşa edilmiş bulaq kompleksi və parkın açlışı olub. Açlışda YAP Şabran rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Mehdi Balabəyov, 54 saylı Şabran - Siyəzən Seçki Dairəsindən seçilmiş deputat Sadiq Qurbanov, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndəkəri iştirak edib.