29 sentyabr 2021 10:58
813

Şabranda Anım Günü münasibətilə bir sıra tədbirlər keçirilib - FOTO

27 sentyabr Vətən müharibəsinin şəhidlərinin Anım Günü münasibətilə Şabran rayonunda bir sıra tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki, Şabran şəhəri Şəhidlər xiyabanında Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının fəalları, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

27 sentyabr Vətən müharibəsinin Şəhidlərinin Anım Günü münasibətilə Şabran rayonunda bir sıra tədbirlər keçirilib. Şabran Rayon Mədəniyyət Mərkəzində "Xarıbülbül" pyesi tamaşaya qoyulub. Tamaşada Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən seçilmiş millət vəkili Sadiq Qurbanov, YAP Şabran rayon təşkilatının sədri vəzifələrini icra edən Mehdi Balabəyov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şabran rayon Uzunboyad kəndində Uzunboyad, Rəhimli və Məliklər kəndlərindən olan şəhidlərin əziz xatirəsini yad etmək üçün inşa edilən Bulaq Abidə kompleksi və parkın açlışı olub. Açlışda YAP Şabran rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Mehdi Balabəyov, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndəkəri iştirak ediblər.