06 oktyabr 2021 19:35
1290

Hava limanı-Bilgəh yolunda qəza baş verib

Hava limanı-Bilgəh yolunda (Mərdəkan istiqamətində) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bldirilib ki, sıxlıq Ramana körpüsünə yaxın hissədə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.