14 oktyabr 2021 00:35
384

Düşmənin iki postunu canlı qüvvəsi ilə birlikdə məhv edən şəhid - VİDEO

30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad edən oğullar sırasında onun da adı var. O, hələ uşaq yaşlarından doğulub boya- başa çatdığı Yevlaxın Aşağı Qarxun kəndinin Birinci Qarabağ müharibəsi şəhidi Xanlar Məmmədovun qisasını alacağına söz vermişdi.

"İki sahil" Xəzər TV-yə istinadən bildirir ki, söhbət 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış Özal Yusiflidən gedir.

1992-ci il oktyabrın 11-də anadan olan Özal orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Xidmətini bitirdikdən sonra MAXE kimi yenidən ordu sıralarına qayıdır. O, Vətən müharibəsinin ilk günündən Suqovuşan-Talış istiqamətindəki ağır döyüşlərə qatılır. Doğmaları qəhrəmanımızla sonuncu dəfə sentyabrın 30-da əlaqə yaradıblar. Həmin gündən sonra Özaldan xəbər tutmaq mümkün olmayıb.

Qəhrəmanımız hərbçi yoldaşları ilə birgə düşmənin 2 postunu canlı qüvvəsi ilə birlikdə məhv edib. 3-cü postu azad edərkən, oktyabrın 1-i şəhidlik zirvəsinə ucalıb. Ailəli olan Özaldan bir qız övladı yadigar qalıb.

Ən uca zirvəyə yüksələn Özal Yusifli ölümündən sonra ''Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına  görə"  medalları ilə təltif edilib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: