2023-cü ilə doğru gedərkən cəmiyyətdə sosial travma yaratmadan dövlət aparatı FETÖ-dan təmizlənməlidir.
“İki sahil” xəbər verir ki, bunu türkiyəli ehtiyatda olan kontr-admiral Cihad Yaycı deyib.
C.Yaycı xüsusilə dövlətin "naməhrəm xidmətlər" adlandırdığı qurumların tolerantlığa yer verilməyəcək şəkildə FETÖ-çulardan təmizlənməli olduğunu söyləyib.
O, Silahlı Qüvvələr, məhkəmə, polis, kəşfiyyat sistemində hələ də FETÖ-çuların olduğunu iddia edib: "Dövlət aparatının ən kritik uzantıları olan bu orqanların təmizlənməsi paltaryuyan maşın kimi işləyəcək və zamanla ölkənin qalan hissəsini də onlardan təmizləyəcək".
BMT Baş katibi dövlətləri Yaxın Şərqdəki atəşkəsi davamlı sülhə çevirməyə çağırıb