15 oktyabr 2021 18:13
499

"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb

"Azəriqaz" İstehsalat Birliyi payız-qış rejiminə hazırlıq işlərini başa çatdırıb.

“İki sahil” xəbər verir ki,  bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, artıq havaların soyuması ilə bağlı tənzimlənmə işləri aparılır: "Bu, çox vacib işdir. Çalışırıq ki, qış aylarında abonent faziləsiz və tənzimlənmiş təzyiqdə qaz alsın. Bu, əslində keçid dövrüdür. Amma çalışırıq ki, abonent bu keçidi hiss etməsin. Bununla bağlı problem bütün keçid dövründə olub. Amma əvvəllər abonentlər bu prosesi daha çox hiss edirdi. 3-4 gün qaz təzyiqinin aşağı olmasını hiss edirdi. Artıq bu problemi həll edirik".