17 oktyabr 2021 01:09
645

Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir və qarşı tərəfin növbəti yalanıdır.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.