17 oktyabr 2021 23:50
538

Ağdağ yüksəkliyi ordumuzun nəzarətinə keçib

"Qafan ilə Azərbaycan sərhədində yerləşən Ağdağ yüksəkliyi (ermənilər Pela dağı deyir) ordumuzun nəzarətinə keçib".

Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib.

Bildirək ki, bu, sərhədlərin delimitasiyası və demarkasiyası sayəsində mümkün olub.

Qeyd edək ki, Ermənistan mətbuatında da bu yüksəkliyin Azərbaycana təhvil veriləcəyi ilə bağlı məlumatlar yayımlanırdı

Milli.Az