19 oktyabr 2021 23:48
426

Rusiya və Çin donanması ilk dəfə boğazdan birgə keçid etdi

İlk dəfə olaraq Rusiya Hərbi Dəniz Donanması və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Yaponiyanın Honsü və Hokkaydo adaları arasında Sanqar boğazından (Tsugaru) birgə keçiblər.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya nazirlər kabineti baş katibinin müavini Yoşihiko İsodzaki Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

“18 oktyabrda beş Rusiya və beş Çin hərbi gəmisi eyni vaxtda Tsugaru boğazından Yapon dənizindən Sakit Okeana qədər keçdiyini qeyd etdik. Bu, ilk dəfədir baş verir. Biz Yaponiya bölgəsindəki Rusiya və Çin gəmilərinin hərəkətini yaxından izləyirik”, - deyə o qeyd edib.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmilərin keçməsi beynəlxalq qaydalara uyğun olaraq həyata keçirilib, ərazi sularının pozulması qeydə alınmayıb.

Daha əvvəl Yapon dənizində Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Hərbi Dəniz Qüvvələrinin “Dəniz Qarşılaşması – 2021” adlı üçgünlük təlimləri keçirilib.