20 oktyabr 2021 08:04
598

Vaşinqtonda nazirliyin binasında partlayış təhlükəsi yaranıb

ABŞ-ın paytaxtı Vaşinqtonda polislər Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə bir neçə küçəni bağlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə tviter səhifəsində "Axios" portalının müxbiri Endryu Solender yazıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına "Əmək Nazirliyində partlayış təhlükəsi" ilə əlaqədar yolların bağlanması barədə bildirişlər göndərilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.