Rusiyanın paytaxtı Moskvada güclü küləklə əlaqədar hava limanlarında 20-yə yaxın reys təxirə salınıb və ya ləngiyib.
“İki sahil” xəbər verir ki, Vnukovo hava limanında üç reys təxirə salınıb.
Eyni zamanda, Domodedovo hava limanında iki reys təxirə salınıb, daha bir reys isə ləğv edilib. Şeremetyevo hava limanında isə 11 reys ləğv edilib, 2 reysin ləngidiyi deyilir.
Qeyd edək ki, Moskvada bu gün ərzində küləyin sürəti saniyədə 27 metrədək çatıb. Moskva vilayətində elektrik enerjisinin kəsintisi qeydə alınıb.
Bakıda görüşərik: BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Bakıdan bütün dünyanı salamlayıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək