22 oktyabr 2021 20:54
875

Beynəlxalq Telekommunikasiya İttifaqı ilə hansı məsələlər müzakirə olunub?

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Jao ilə videokonfrans formatında ikitərəfli görüş keçirib.

“İki sahil” xəbər verir ki,  nazir bu barədə "Facebook" hesabında yazıb.

Görüşdə Azərbaycanla BTİ arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə olunub. "Region ölkələri arasında İKT sahəsi üzrə aparılan müzakirələrdə BTİ-nin vasitəçi qismində tərəflərə göstərdiyi dəstəkdən danışdıq",- R. Nəbiyev qeyd edib.