24 oktyabr 2021 22:22
505

Emmanuel Makronun malikanəsi üzərində pilotsuz təyyarələr peyda olub

Fransa Prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı olan Lantern malikanəsi üzərində səmada iki pilotsuz təyyarə görüntülənib.

“İki sahil” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb. Qeyd edilir ki, Makronun özü həmin vaxt iqamətgahda olub.

Qəzetin məlumatına görə, insident dünən yerli vaxtla saat 22:00-dan sonra baş verib. Pilotsuz təyyarələr qonşu Şene şəhəri istiqamətində itib. Jandarm təyyarənin kimə məxsus olduğunu müəyyən edə bilməyib.

Qeyd edək ki, bu, pilotsuz təyyarələrin Fransa prezidentinin ciddi mühafizə olunan iqamətgahının üzərində uçması ilə bağlı ilk hadisə deyil. 2020-ci ildə 22 yaşlı tələbə malikanənin yaxınlığında pilotsuz uçuş aparatını işə saldığı üçün polis tərəfindən həbs edilib. Məlum oldu ki, gənc pis niyyət olmadan hərəkət edib.

Xatırladaq ki, Fransa qanunlarına görə, bu ərazidə bütün uçuşlar qəti qadağandır.