 
                    Bal və digər geniş istifadə olunan qida məhsullarında rast gəlinən təhlükəli bir toksin olan nitrobenzolun aşkarlanması üçün dünyanın ilk ekspress üsulu, Rusiyanın B. N. Yeltsin adına Ural Federal Universitetinin mütəxəssisləri və digər rus alimləri tərəfindən birgə hazırlanmışdır. Müəlliflərin fikrincə, yeni üsul həm də görünməmiş analitik dəqiqliyə malikdir. Bu barədə “Food Chemistry” jurnalında geniş dərc olunub.
Nitrobenzol kimyəvi cəhətdən zərərsizləşdirilməsi çətin olan, güclü kanserogen və mutagen təsirə malik olduqca təhlükəli bir birləşmədir. Kimya sənayesində bir həlledici olaraq geniş istifadə olunur. Ural Federal Universitetinin alimlərinə görə, qida və ətraf mühitdəki bu maddənin tərkibinə nəzarət ekoloji monitorinqin vacib hissəsidir.
Alimlər qeyd ediblər ki, nitrobenzolun ən çox rast gəlindiyi qida məhsullarından biri baldır. Bu, arıların və pətəklərin həşəratlardan qorunması üçün istifadə edilən insektisidlərin istifadəsindən qaynaqlanır.
Nitrobenzol səviyyəsini təyin etmək üçün indiyədək mövcud olan əksər üsullar vaxt aparan laboratoriya işləri tələb edir və bu səbəbdən yerində sürətli analiz üçün uyğun deyil.
Yeni metodun əhəmiyyətli bir üstünlüyü həm stasionar laboratoriyalarda, həm də portativ qurğular şəklində tətbiq olunma imkanıdır. Alimlər əmindirlər ki, yeni üsul təkcə ətraf mühitin monitorinqi və qida keyfiyyətinin yoxlanılması sahəsində deyil, həm də sənayedə, məsələn kosmetika istehsalında tətbiq olunacaq.
Gələcəkdə tədqiqat qrupu həm bu sahədə fundamental araşdırmaları davam etdirmək, həm də təhlükəli kimyəvi maddələr və dərmanlarla işləmək üçün yeni analitik sistemlər hazırlamaq niyyətindədir.
Nubar Süleymanova, “İki sahil”
 Monteneqro məhkəməsi saxlanılan Azərbaycan və Türkiyə vətəndaşlarını sərbəst buraxıb
                                
                                    
                                    
                                
                                
                                
                                    Monteneqro məhkəməsi saxlanılan Azərbaycan və Türkiyə vətəndaşlarını sərbəst buraxıb 
                                 “CAMCA Talking Magazine”: “Gələcəyə baxış: texnoloji transformasiya dövründə hökumət və innovasiya arasında körpü” - FOTO
                                
                                    
                                    
                                
                                
                                
                                    “CAMCA Talking Magazine”: “Gələcəyə baxış: texnoloji transformasiya dövründə hökumət və innovasiya arasında körpü” - FOTO                           
                                 Bir direktor seçimi nədir ki, bu qədər testdən, mərhələdən keçməlidir - Fazil Mustafa
                                
                                    
                                    
                                
                                
                                
                                    Bir direktor seçimi nədir ki, bu qədər testdən, mərhələdən keçməlidir - Fazil Mustafa