Xəyal dünyaya gələndə Qarabağ yox idi. Ermənilər Qarabağı işğal edib torpaqlarımızda mina əkib, ölüm becərirdilər.Torpaqlarımız yağı ayağları altında qalıb əzildikcə, torpaq uğrunda canlarını fəda edib, Vətən göylərində ulduzlara qarısıb sayrışan Şəhid ruhları yurd, torpa deyib fəryad edirdilər. Yağış əvəzinə göylərə çəkilmiş nakam taleli insanların göz yaşı tökülürdü. Əsirlikdə qalan yurdlarımız Vətən həsrəti ilə indildəyib, ahu fəğan edib nalə qoparıb,qan ağlayırdı. Sinəmizdə Qarabağ boyda dərd böyüdürdük... Özümüzü Vətənə qurban desəkdə ölməkdən qorxurduq. Erməni cəlladları Xocalı qətliamını törədib içimizə ölüm qorxusu səpmişdilər. İnsanların içində qara kabus kimi bir ölüm qorxusu var idi. Qorxunu qorxudmasan, ölümü öldürməsən ölmün üstə gedə bilməzsən… Ölüm səni yenər…Qorxu insanlarımızı yenmişdi…
Amma biz ən əvvəl göz yaşlarımızı qurutduq, ölümün gözünün içinə baxdıq, yurd, Vətən əsirdisə, biz niyə yaşayaq dedik! İçimizdən bir səs gəlrdi « torpağı qorumursan, əkmə, əkirsən qoru» .
Gələn səsin işığına rəvan olduq. Əvvəl sinmış qürurumuzu dircəltməyə, sonrada Vətəni abad etməyə başlanıldı… Xəyal məktəbə getdiyi ilk günü sinif müəllimindən Vətən kəlməsini eşitdi. Qarabağ sözünü duydu. Erməni cəlladlarının törətdikləri vəhşiliklər haqqında qorxulu nağılları dinlədi. Qarabağda qətlə yetirilmiş körpələrin, qanlarında boğulmuş insanların fəryadını eşitdi. Qisas, qisas deyən torpaqların hayqırtısını, yandırılıb külə dönmüş yurd yerlərin iniltisini duydu. Dinlədikcə, gözü yolda qalan Vətənin gözündə işıq, ürəyində təpər olmaq istədi. Qəzəblə yumruqlarını düyünləyib dişlərini bir birinə sıxıraq qisas, qisas dedi… Yumruğu böyüdükcə içindəki, nifrət də , qəzəb də böyüdü. İçində qorxunu öldürüb, qəhrəmanlıq toxumu səpdi, Xəyal… Elə hey qarğı atına minib evlərindən uzaqlarda görünən başı qarlı dağlara doğru çapardı. Xəyalən o yerlərə gedər, dağılmış, yurd yerlərini qarış-qarış gəzərdi. Atini Şuşaya sarı sürüb bir zirvədə saxlayıb üzü dağlarara baxaraq: Ulu dağlar, çeşməli sulu dağlar, başınızı dik tutun. Tezliklə gələcəyik. Qisas qiyamətə qalmayacaq. Hər qarış torpağın, sondürülmüş hər ocağın, yandırılıb, xarabazara çevrilmiş hər kəndin hər bir evin hesabını soracağıq deyərdi…
Xəyal göylərə, göylər Xəyala aşiq idi. Göylərə baxmağı, səmanı seyr etməyi, üznü göylərə tutub, sanki gedəcəyi yerə, son durcağı zirvəyə baxıb, düşüncələrə dalıb, özü, fikirləri ilə baş- başa qalmağı, ürəyi ilə danışmağı çox sevərdi.…Əzizləri «Nə düşünürsən» soruşanda da çox qısaca: «Mən xəyallarda yaşayacağam, ancaq xəyal olub qalmayacam Xəyalla Vətən azad olmur, amma insanın məqsədinə yol tapır »- cavabını verərdi.
Lək kəndinin qurtaracağı, Göyçay çayına çathaçatda Xəyalin portreti vurulub, bayraqlar asılmış yolu istiqamət götürüb irəliləyirik. Qarşıdakı evin küçə qapısı açıq ,həyətdə qara paltarlı bir qadın dayanıb sakit- sakit göylərə baxırdı. Elə bil Tanrı ilə söhbət edirdi. Elə bil Tanrıdan öz körpə balasını geri istəyirdi. Elə bil Tanrıdan körpəsini soruşub, oğlunun necəliyini öyrənmək istəyirdi. Bizi görüb Tanrıya uzanan əllərini ümidsiz bir şəkildə aşağı salır. Evdən isə könülləri dağlayan həzin bir musiqi səsi gəlirdi.Qulu Əsgərovun bəstəsi olan «Əziz dostum» mahnısı Elnarə Abdullayevanın ifasıda səslənirdi…
Əziz dostum məndən küsüb, incidi,
Yad kimi ayrılıb çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
Necə nəğmə qoşum,necə dinləyim,
Dost gedib özümə gələ bilmirəm,
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Musiqi səsini eşidən yol yoldaşım astadan «deyəsən səhv ünvana gəlmişik», deyir.
Göydən çiskin yağırdı . Göyün üzü sanki qabar bağlamışdı. O an ağlıma ilk gələn bu oldu ki, göydən yağan yağış deyil, göylər tər tökür. Əli qabarlı, zəhmətkeş oğullar, əli qabarlı insanların balaları ruhlarını göylərə təslim edəndən sonra göylərdən tər iyi gəlməyə başlayıb. Həyətdə durub, durduğu yerdə donub qalmış xanımdan Xəyalın valideyinlərinin yaşadığı evi soruşuram. Başı qarlı dağa bənzər, dağ boyda dərdi çiyinlərinə yük etmiş ana, dərindən bir ah çəkir. Bu an mənə elə gəldi ki, ağ saçlı ana ah deyil, göylərə çəkilmiş oğlunun qoxusunu sinəsinə çəkib: «Mən Xəyalın anasıyam. Düz gəlmisiniz, bura Xəyalımın yaşadığı evdir» cavabını verir. Sonra da əlavə edir: «Xəyalım bu mahnını çox sevərdi.Həm özü sintizatorda ifa edər, həm də musiqisini qoyub saatlarla dinləyərdi».Bu musiqini dindləyəndə elə bilirəm Xəyalım göylərdən mənə baxır.
Bura Xəyalın ev muzeyi də demək olar. Onun yataq odasındayıq. Hər şey özünün son dəfə əllər ilə qoyub getdiyi kimi öz yerindədir. Qol saatı, müxtəlif markalı iki ədəd foto aparat, Xəyalın müsiqi aləti «sintizator» şəxsi əşyaları, fotoşəkillər, və müqəddəs Azərbaycan bayrağı… Fotoşəkillərdən nur üzlü, Xəyalın baxışlarına sakit baxmaq olmur. Göz yaşında boğulan ananın, dərdən qıra kimi əyilib ikiqat olmuş atanın, ahu- fəqanı ürəyimizə od salır.
Atası Rafiq ciyərparəsindən söz açır. Xəyalın elə bil öz missiyası var idi. O,bir xilasgar kimi gəlmişdi bu dünyaya. Gəldi , yaşadı, qısa bir zamanda öz vəzifəzini icra edib getdi.
Xəyal hələ anadan olmazdan əvvəl anası uzun müddət xəstə idi. Anasından əlimizi üzmüşdük. Bir gün həkim dedi ki, yoldaşının həyatda qalıb yaşamasının yeganə yolu dünyaya yeni bir övlad gətirməsindən keçir. Uşaqlarımız, Məhərrəmlə Vüsal böyük, 9-10 yaşlı oğlanlar idi. Xəyal qardaşlarından 9 il sonra gəldi. Gəlişi ilə ailəmizə sevinc gətdirdi. Dərd, bəla unuduldu. Anası xəstəlikdən, bizsə iztirabdan qurtulduq. Haradan biləydik ki, zaman gələcək, bizi dərddən qurtaran balamızın dərdindən yanıb külə dönəcəyik. Heç ağlımıza gəlməzdi ki, Xəyal bizi yarımçıq yolda qoyub gedəcək. Ayaqı çox bərəkətli uşaq idi. Dünyaya gəlişi ilə evimizin ruzisi, bərəkəti də artmışdı. Dərd sər də unudulmuşdu. Çox xoşbəxt yaşayırdıq.
Xəyal 2016-cı ilin oktyabrında həqiqi hərbi xidmətə çağrıldı. Əsgərliyin Ağdam rayonunda yerləşən hərbi hissədə çəkirdi. Qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri arasında çox böyük hörməti var idi. Təlimlərdə fərqləndiyinə, komandanlığın tapşırıqlarını yaxşı yerinə yetirdiyinə görə hərbi hissənin komandanlığı adından dəfələrlə evimizə təşəkkürnamələr gəlib. Əsgər getməmişdən öncə hərbçi olmaq arzusu var idi. Hərbi xidməti başa vurub gələndən sonra konkrteləşdirmişdi ki, yenidən qulluq etdiyi hərbi hissəyə qayıdıb Müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirsin. Qarabağın ermənilər tərəfindən işğalı ilə heç cür barışa bilmirdi. İnanırdı ki, ordumuz torpaqlarımızı azad etmək uğrunda əməliyyata başlasa zəfər bizim olacaq. Fikri düşüncəsi o, torpaqlarda idi. İdman edir, xüsusi olaraq hazırlaşırdı. Anası imkan vermədi. Anasına çox bağlı idi Xəyal. Onun bir sözünü heç iki etməzdi. Anasının təkidindən sonra əlacsız qalıb fikrini dəyişdi. Amma vaz keçmədi. Hərbçi olmaq arzusu hələ də ürəyindəydi…Məqam gözləyirdi. Allah oğlumun bu arzusunu da həyata keçirmək imkanı verdi, arzusu gözündə qalmadı.
Buralarda iş güc yox idi. İş tapa bilmirdi. Qardaşları özləri ilə Bakıya aparmışdılar. Məhərrəm də Vüsal da onunla nəfəs alırdılar. Onu qucaqlarında böyütmüşdülər. Xəyalın ayaqına tikan batsaydı canlarını qurban verərdilər. Çox, bir- birinə bağlı qardaş idilər. Təssüf ki, Xəyal… Ata sözünün ardını gətirə bilmir. Nitqi tutulur. Qəhər boğur. Gözünün yaşına qərq olur. Xəyalı onu Xəyallı günlərə aparır. Buludun arxasından günəş çıxırmış kimi, gözləri parıldayır, üzündə işıq yanırmış kimi sifəti nurlanır. Çox maraqlı uşaq idi. Çox istiqanlı idi. Çox fədakar, ailəcanlı, dostcanlı, Vətəni sevən bir insan idi. Özünün canınını verərdi, onunla dostluq yoldaşlıq edən adamın ayağına tikan batmağa razı olmazdı.
Əvvəllər sosial binalarda elektirik işləyirdi. 2020- ci ildən «Araz» marketdə çalışardı. İş yerində hörmət, izzət sahibi olmuşdu. Onun uğurlarına çox sevinirdim. Deyirdi ki, atam məndən razı olsun, bir «ohay» desin ona yayda dağdan qar gətirim. Deyirdim ki, Xəyal mən istədiyim, arzusunda olduğum zirvəyə qalxsın sonra onu qar dalınca göndərim. Müharibə başlananda zəng etdi. Dedi ki, döyüşə gedirəm. İndi sən arzuladığın zirvəyə qalxacam.Dostlarına da deyib ki, mən Şəhid olub gələcəm, məni bayrağa büküb fəxrlə çiyinlərdə gətirəcəklər. Yox əgər Şəhid olmasam, ömürlük hərbidə qalıb Vətənə xidmət edəcəm. Qəbiristanlıq evimizin yaxınlğındadır.Hər gün ziyarətinə gedirəm. Hər gün gedib Xəyalımla söhbətləşirəm. Bəy otağı olmadı. Amma qəbirüstü abidəsini bəy otağı kimi bəzəmişəm. Təsəllini onda tapıram.
Bir də qəhrəman oğul atası kimi başımı dik tuturam. Özüm birinci Qarabağ döyüşçüsü olmuşum. Xəyal atasının edə bilmədiklərini etdi. Oğlum canınını qurban verdiyi torpaqlar indi azaddır. Daha o torpaqlara, illərdir oğullarımızın qan toküb, can verdikləri o müqqəddəs yerlərə yağı düşmənin murdar ayağı dəymir. İndi Qarabağımızda böyük abadlıq quruculuq işləri gedir. Xəyalım göylərdən bu mənzərəni görüb sevinir. Oğlumu müharibəyə kim isə zorla aparmayıb. Oğlum könüllü gedib. Şərəflə döyüşüb. Keşkə əvvəldən hərbçi olmaq arzusuna mane olmayaydıq…Özü həmişə deyərdi ki, mən xəyalların Xəyalı olacam. Xəyalımızda, fikrimizdə həmişə Xəyal var. Xəyalların Xəyalı yox, gerçəklərin Xəyalı, torpaq uğrunda , Vətən uğrunda Şəhid olan, ömrünü ömürlərə calayan, tarix yazan igidlərin Xəyalı. Atasının, Vətənin başını uca edən Xəyal. Oğlumla qürur duyuram. Vətənimlə qürur duyuram. Vətənin bir parçası da mənim oğlumdur… Vətən sağ olsun.
Anası Sənubər xanımın xatirələrindən:
Mən ağır xəstəlikdən, ağrıdan, əzabdan əziyyət çəkirdim. 1 sentyabr 1998 ci ildə dünyaya nur üzlü, gözəl gözlü mələkmisal bir oğlan uşağı gəldi. Deyirdin ki, qaşını, gözünü İlahi öz qələmi ilə çəkmişdi. Təzə açılmış gülə bənzər qönçə dodaqları, gül kimi qırmızı al yanaqları var idi. Gəlişi ilə ümüidsiz bir ailəyə sevinc, xoşbəxtlik gətirdi. Məni ölümün pəncəsindən aldı… iki qardaşını anasızlıqda xilas etdi. Sönməkdə olan bir ailənin işığını yandırıb, ocağını isindirdi. Bilmirəm nədən o qədər adın içində adını Xəyal qoyduq? Onu xilasgar gözündə görürdük. Bir an belə nazarətsiz qoymazdıq. Qucağımızda böyüdürdük. Əsən küləkdən, yağışdan, hətta günəşdən belə qoruyardıq. Onu hər şeyə qısqanardıq. Xəyalın hər arzuladığını verə biməsək də, sevgimizi, məhəbbətimizi ondan əsirgəməzdik. Xəyal tam fərqli bir uşaq idi. Fərqli olduğunu seçildiyini o, özü də hiss edirdi. Elə bil harasa tələsirdi. Hər gün özünə baxıb «Ana bax gör mən böyümüşəm ?»deyərdi. Tez böyümək istəyirdi… Mən onun hər hərəkəti, yerişi, duruşu, baxışı ilə fəxr edərdim, qürurlanardım. Həmişə deyərdim ki, Xəyal sən mənə Allahın hədiyyəsisən,sən mənim xilasgarımsan. Yaşadığıma görə sənə minnətdaram. Qardaşları Məhərrəmlə Vüsal da onunla nəfəs alırdılar. Əsgərlikdə olanda zəng edib deyərdilər ki, Xəyalsiz bizə çətindir. Onsuz çox darıxırıq. Bizə Xəyalın şəklini göndərin. Tez- tez Xəyalın şəklini çəkib onlara göndərirdik. Hər iki qardaş, qollarına Xəyalın adın yazmışdılar. Deyirdilər ki, «Ana belə olanda rahat oluruq.Elə bilirik ki,Xəyalda bizimlə bir yerdədidr.Hara gediriksə birlikdə addımladığımızı hiss edirik».
Xəyal çox danışan deyildi. Sözü bütöv uşaq idi. Heç kimə sir verməzdi. Atası həmişə deyərdi ki, bu Xəyaldan başım çıxmır, mən onu tanıya bilmirəm. Çox dostpərəst, dostları üçün canından keçən bir insan idi. Dostlarının hərəsində bir gözəl xatirəsi var. Çalışardı ki, dostluq etdiyi insanlara nə isə bir yaxşılıq etsin. Öz işi əməli ilə onların həyatında yadda qalan yaxşı bir iz qoysun. Onu heç kimə arxayın ola bilmirdim. Həmişə öz nəzarətimdə saxlayırdım. Nə sirr idi bilmirəm. Onun üçün çox qorxurdum. Həmişə düşünürdüm ki, Xəyala nə isə ola bilər…
Dəblə geyinməyi, velisoped, maşın sürməyi çox xoşlayardı. Qardaşlarına, ata anasına, müəllimlərinə, dostlarına verdiyi dəyərə, göstərdiyi diqqətə görə fərqlənərdi. Ona görə də hamı onu çox istəyər, özünün doğması, əzizi bilərdi. Ətrafındakıların diqqəətini cəlb etməyi bacaran uşaq idi. 2016- cı ilə Lək kənd orta məktəbini bitirdi. Oktyabrda hərbi xidmətə yola düşüdü. Ağdamda xidmət edib. Qumbara atan vəziəsini yerinə yetirib. Çox yaxşı əsgər idi, Xəyalım. Ən böyük arzusu hərbçi olmaq idi. Hərbi xidmətini başa vurduqdan sonra qardaşı Vüsal işləmək üçün Bakıya yanına apardı. Əslində Vüsal onsuz tək dura bilmirdi. Darıxırdı…
İstəyirdi ki, Xəyal həmişə gözünün qarşısında olsun. Xəyal elektiriklik sənətini oxuyub, sosial binalarda «mantyor» kimi işə başladı. Ürəyi arzularla dolu idi. Ana bütün dünyanı işıqlandırmaq istəyirəm dedi. Xəyalım bir nur kündəsi idi. Ürəyi arzularla, sevgi ilə dolu idi. Ən böyük arzusu hərbçi olmaq idi. Mən qoymadım. Kəsdim balamın yolunu.İdman edir, hazırlaşırdı. Sevdiyi qız var idi. Aygün adında bir qızla əhd peyman bağlamışdı. Bizə deyirdi ki, hazırlaşın… elçi gedib, nişan qoyacaqdıq. 2020–ci ilin yayında gedib könüllü yazılmışdı. Yoxsa sentyabrın 1- də nişanlayacaqdıq. Elə bil müharibənin olacağını, şəhid olacağını hiss etmişdi. Nədənsə sentyabrda nişan aparmağa qoymadı, «ana bir qədər gözləyək», dedi. Müharibə başlayanda Xəyal çox böyük həvəslə qatıldı döyüşlərə. Dedim hara getdiyini bilirsən? Dedi ki, narahat olma mən hər şeyə hazıram. Qalib ordunun Şəhid əsgəri kimi bayrağa bükülü çiynlərdə gəlmək arzusu olub. Dostlarının telefonunda səsi də var. Döyüşə gedəndə qardaşı Vüsala bildirməyib ki, birdən mane olar, qoymaz getməyə. Dostlarına deyib ki, «mən gedəndən sonra Vüsala deyərsiniz Xəyal cəbhəyə getdi».
Xəyal 28 sentyabrada axşama yaxın evə gəldi,müharibəyə gedəcəyini dedi.Səhər tezdən yola çıxdı.Məni qucaqlayıb, dedi ki, ağlama.Sən ağlayanda əllərim boşalır, qollarım gücdən düşür. Müharibədən qayıdanda necə gəlsəm, gözlərimdən öpərsən. Onda mən rahat olaram, dedi. Ağladım! Dedim, Xəyalım elə demə. Xəyalımın döyüş yolu Cəbrayıldan başladı.Tez- tez zəng edirdi. Deyirdi narahat olma. Oradakı vəziyyətdən, döyüşdən danışmağı sevməzdi. Başını dik tut, gələrəm danışarıq. Danışmağa çox sözüm olacaq , deyirdi. «Özünü qoru» deyəndə xoşu gəlməzdi. Oldu deyib gülərdi. «Qürurlu ol. Başını dik tut.Mənə erməni gülləsi dəyməz»,deyirdi. Füzulini alanda çox sevinirdi, Cəbrayılı, Füzulini Qubadlını aldıq. Qarabağ Azərbaycandır deyib fərəxlənirdi.
Noyabrın 2-də Tuğ kəndindən zəng vurmuşdu. Dedi ki, « ana Allahın köməkliyi ilə Xocalının qisasını aldıq. Gəncədə günahsız ölənlərin qanı yerdə qalmadı. İndi də Şuşaya gedirik. İnşaallah oradanda sənə şad xəbər verəcəm. Şərəfsizlər cənnətimizi əlimizdən alıblarmış».Dedim Xəyal… « Qorxama bura kimi gəlmişəmsə sona kimi də sağ salamat gedəcəm. Bir də gördün ki,əlimdə bayraq,qaça- qaça girdim həyətimizə.Oğlunun qəhrəmanlığı ilə bir ömür qürur duyacaqsan». Bu onun mənimlə son danışığı, son kəlməsi oldu. Getdi, özünü bu Vətənə qurban etdi. Qərəmanlıqı ilə dastan yazanlardan oldu…
Sevdiyi qız da bu həsrətə dözmədi canına qıydı… «Xəyalımın sevgisi yaşadırdı məni.Mən artıq xəyallarla yaşamaq istəmirəm,mən də bir Mələk olub cənnətdə Xəyalıma qovuşamaq istəyirəm», dedi. Dedi və Xəyalımın yanına getdi. O,məndən cəsarətli oldu. O,Xəyalı,sevgi dolu Xəyalı tanımışdı. Ağır dərtdir… İndi sinəmdə iki yara var, Xəyalın və üzünü görmədiyim, saçına sığal çəkmədiyim, mənim Xəyalımdan ötrü özünü fəda edən Mələk qızım Aygünün də dərdi içimi yandırır. Başımdan tustu çıxır. Hər gün ölüb dirilirəm. Lənətə gəlmiş müharibə budur. Kim müharibə davası edirsə bizim günümüzə baxsın. Kim müharibə istəyirsə, bacarırsa bizim dərdimizin ağırlığını çəksin görüm götürməyə gücü çatan olacaqmı. Nə yaxşı ki, cənab Prezident, Müzəfər Ali Baş Komandan digər rayonları qansız qadasız aldı. Yoxsa nə qədər Xəyal kimi, körpələr xəyal olacaqdı. Ananlar qara saçlarını ağ edəcək, qızlar sevgi həsrəti yaşayıb, canlarına qəsd edəcək, atalar beli bükük qalacaqdı. Oğlumla ,Xəyalımla,həmişə qürur duymuşam. İndi oğlumla fəxr edirəm. Xəyal dünyaya gəlişi ilə məni, gedişi ilə Vətəni xilas edənlərdən oldu. Bu idi oğlumun missiyası.Görünür Allah onu elə buna görədə yaradıbmış. Allahın məsləhətinə həmişə şükür demişik. Balam Şuşanın azadlığı uğrunda həlak olub. Füzulidən Şuşaya qədər uzaq bir məsafə qət edən döyüşçülərdən olub. Qəhrəmanlıq göstərib, tarix yazıb. Hər Azərbaycan deyiləndə, hər Qarabağ adı çəkiləndə, hər qələbədən söz düşəndə şəhidlər anılacaq, Xəyallar, Elnurlar, Samirlər, Elçinlər, Ağayusfilər, Kamaranlar, Kənanlar, Kərimlər, Vüqarlar, Allahverdilər xatırlanacaq, yada düşəcək. Yurda bu qələbəni yaşadanlar unudulmayacaq .Oğlum da xatırlanacaq. Xatırlanacaqsa yaşayacaq. Elə insanlar var ki, yüz il yaşasalar da adları dünyasını dəyişdiyi günü unudulur. Vətəni yaşadanlar vətənlə yaşayırlar. Bu da mənim Xəyalımın payına düşən xoşbəxtlikdir. Həmişə deyərdi ki, mən xəyalların Xəyalıyam. Xəyalım sən dünyaya gəlişinlə məni yaşatdın. İndi də uca adın, göstərdiyin qəhrəmanlıqla məni yaşadırsan. Gözəl balam, xəyallarımın, arzularımın Xəyalı bağışla ki, mən səni yaşada bilmədim.
Qardaşı Vüsalın xatirələrindən:
- Xəyal evimizi kiçiyi, gözümüzün nuru, ürəyimizin odu idi. Onunla nəfəs alırdıq. Yaşam səbəbimiz Xəyal idi. Həyat çox qəribədir. Ayrılığına bir an döz bilmədiyimiz Xəyalın indi yoxluğuna tab gətiririk, dözürük. Xəyal çox istiqanlı, adama canıyanan bir uşaq idi. Bir az da qapalılığı var idi. Nə fikirləşdiyini heç kim bilməzdi. Dostpərəst idi. Özünü qabağa verən idi. Kənddə sahədə torpağımız var. Bir dəfə bir dostu ilə sahəyə baxmağa getmişdi.Yəni mal qaradan qorumaq üçün. Gedərkən kənd uşaqlarından, dostlarından biri də Xəyala qoşulub, birlikdə gediblər. Çöllükdə, bizim sahənin yaxınlığında bir it bunlara cumub. Xəyal özünü verib qabağa.Təsəvvür edin ki, it Xəyalın əlin, ayaqını gəmirib yemişdi. Yanındakı dostuna toxunmamışdı. Xəyalı xəstəxanaya aparıb yaralarını sarıtdıq.Tikiş qoyuldu. Görürdük ki, Xəyal ancaq şükür edir. Xəyal nə əcəb it sənə cumub,səni dişləyib. Sənə xəsarət yetirib, dostuna toxunmayıb? Bəlkə sən itə nə isə etmisən, dedim? Xeyir mən itə heç nə etməmişdim. İt bizi görən kimi üstümüzə cumdu.Dostumu sahəyə mən aparmışdım. Onu qorumaq üçün itin önünə keçib vuruşdum, itlə. Şükür edirəm ki, dostuma bir şey etməyə qoymadım». Xəyal fədakar idi. Dosddan, qardaşdan ötrü ölümə gedərdi. Onun bu xüsusiyyətlərini bilirdim. 2020- ci ildə gedib məndən xəbərsiz könüllü yazılmışdı. Müharibə başlayanda mən də gedib könüllü getmək üçün müraciət etdim. Xəyal kiçiyimiz, Məhərrəm isə böyüyümüzdür. Məhərrəm ailəlidir. Dedim ki, hər evdən bir nəfər gedəcəksə o mən olmalıyam. Xəyal mənə xəbər vermədən belə deyək, qaçıb getmişdi döyüşə. Birgə dostlarımıza da deyib ki,gedişimi Vüsala bildirməyin. Əməliyyat olunmuşdu. Heç yarasının yeri sağalmamışdı. Hətta gedən günü qızdırması da olub.
Müharibəyə gedəndən sonra tez- tez danışardıq. Məndən çox nigaran idi. Elə bil müharibədəki Xəyal deyil mən idim. Elə deyərdi ki, qağa özünü qoru. Sonuncu dəfə noyabrın 3- dən 4-nə keçən gecə zəng vurmuşdu. Çox qısa danışdıq. Dedi ki, çox ağar döyüşə gedirik. Qayıtmayada bilərik. Sağ qalmaq şansı yoxdur. Bil ki,səni çox istəyirəm, lap çox. Əgər sağ qalsam mənim telefonuma kontur yükləyərsən, anamla danışaram. Bu bizim son danışığımız oldu. Bundan sonra nə səsi gəldi, nə də bir xəbəri. Bütün xəstəxanaları, morqları gəzdim. Axtarmadığımız yer qalmamışdı. Sonucda Füzulidə diaqnostika mərkəzindən tapdım. Adsızların sırasına qoymuuşdular.Boynundan asdığı, içində ad və telefon nömrəsi olan gilizi və zirehli gödəkcəsini bu il mina axataranlar tapıb bizə zəng vurmuşdular. Görən kimi saçının rəngindən tanıdım. Xəyal qolumun üstə böyümüşdü.Saçının bir tükünü görsəydim belə onunku olduğunu bilərdim. Müharibəyə gedəndə təzə paltarlarını səliqə ilə çıxarıb çarpayısının üstə qoyub ki,bunlarıI Vüsal geyər. Necə qoyubdursa ,elə o faormada da durur. Mənə elə gəlir ki, Xəyal bir gün qayıdacaq. Mən onu hər gün ,hər dəqiqə gözləyirəm.Onun yoxluğuna inana bilmirəm. Ürəyimdə Xəyal boyda bir yara var.
Qardaşı Məhərrəmin dedikləri:
- Xəyal məndən 9 yaş kiçik qardaşımdır. Ürəyimin odu, canımın təpəri idi. Onu canımdan da çox istəyirdim. Gözüm kimi qoruyurdum. İmkan verməzdim ki, kimisə incitsin, xatirinə dəysin. Çox maraqlı, fərqli, bir qədər də qapalı uşaq idi.Heç kimə sir verməzdi. Ara sıra dərdini mənimlə bölüşərdi. Ən xırda problemi özünə dərd edərdi. Əsgərlikdə olanda onsuz qala bilmirdim. Ayrılığına dözə bilmirdim.Tez- tez məktubla mənə şəklini göndərməsini istəyirdim. Qoluma adını yazmışdım… Canım idi mənim, canım. Müharibəyə yola salanda onun üçün çox qorxurdum. Bu adamda geridə qalmaq, özünü qorumaq yox idi. Dostdan, yoldaşdan ötrü özünü olümə vərər, canını fəda edərdi. Müharibə vaxtı hər gün telofanla danışar, hər danışanda da deyərdi ki, anamızı sənə tapşırıram. Anamızı qoru. Anamı çox istəyərdi. «onu mən ölümdən xilas etmişəm,mənimlə yaşayacaq», deyərdi. Müharibəyə gedəndə də, ilk sözü, sonuncu dəfə zəng edəndə son sözü anamız oldu. «Anami sənə əmanət edirəm», dedi. Uşaqlıqdan elə bil bu dünyada qonaq olduğunu hiss edirdi. Elə bil gedəcəyini bilirdi. Hər şeyi etməyə, böyüməyə tələsərdi. Ölümə də tələsdi. Həm də çox tələsdi… Sonuncu dəfə mənimlə Xocavənd rayonunun Tuğ kəndindən danışdı. Gecə idi.T ələsə-tələsə, tövşüyətövşüyə danışdı. Dedim ki, Xəyal niyə tövşüyürsən, hara tələsirsən? Dedi ki, «Qağa tövşüyərm da çiynimdə 60 kiloqram yüküm var.Şuşaya doğru gedirik.Qarşıda ağır döyüşlər var.Şəhid ola bilərəm.Şəhid olsam bilin ki, qorxaq kimi yox qəhrəman kimi döyüşüb Şəhid olmuşam. Qayıtmasam anam sənə əmanət.Onu qoru». Bundan sonra nə səsi, nə sorağaı gəldi. Müharibə qurtaran gün döyüş bölgəsinə getdim.Harada axatardım tapa bilmədim. Gah deyirdilər Şuşadadir, orada set yoxdur deyə əlaqə yarada bilmirik. Xəyalgeli falan yerdə görən olub. Kimisi də deyirdi ki, onların qrupu bütövlükdə Şəhid olublar. Xəyal mənim xidmət etdiyim batalyonun tərkibində döyüşürdü. O,keçdiyi döyüş yolunun xəritəsini gözəl bilirdim. Zəng edib tabor komandirindən Xəyalı soruşdum. Müharibədir, muharibənin qanunları var.Öləni, yaralısı, itgin düşəni, Şəhid olanı olduğunu gözəl bilirdim. Alllaha yalvardığım o idi ki, Xəyal əsir düşməmiş olsun. Komandirim dedi ki, Cəbrayılov o yerlərə bələdsən.O yerlər keçilməz yollardır. Xəyalgİlin döüşdüyü qurupu vurublar. Xəyal Şəhid olub. Vaht itirmədən xəstəxanalara, morqlara baxın. Bunu eşidəndə öldüm. Qollarım qırılıb yanıma düşdü. O an həyat mənim üçün bitdi. Sonra mənə Xəyalın cansız şəkkillərini göstərdilər. Noyabrın 20 mənim doğum günümdür. Anama Xəyalın Şəhid olduğunu nə cür deyəcəyimi düşünürdüm. Bu ağır xəbəri necə verəcəyimi bilmirdim. Anam mənimlə danışıqlardan qaçırdı. Ad günümdə anam dirənib gözləyirdi ki, Xəyal haradadırsa mütləq imkan tapıb zəng edəcək. Anam nəinki Xəyalın Şəhid olmasını, heç yaralanmasını belə ağlına gətirmirdi. «Mənim Xəyalıma erməni gülləsi dəyməz.Mənim Xəyalım qayıdacağına söz verib,o anasını öldürməz», deyirdi. Xəyalın yoxluğu hamımızın yoxluğu demək idi. Biz indi yaşamırıq ki… ayaq üstə gəzən canlı ölülərik. Nəfəsimiz var, ruhumuz yoxdur.Ruhumuz Xəyalla göylərə çəkilib. Ertəsi gün,21 noyabrda dayım, Vüsal mən Füzuliyə getdik. Xəyalın cansız bədənini iki qardaş qucağımıza alıb maşına gətirdik. Dünyanın an ağır yükünü daşıyırdıq. Dağ kimi ağır olurmuş qardaş yükü…Onun yoxluğunu qəbul edə bilmirəm. Bu dünyadan baş götürüb getmək, mən də Xəyal olmaq istəyirəm. Xəyal olmaq çox çətindir. Onu təkrarlamaq, onun kimi olmaq mümükün deyil. O,həmişə, bütün hərəkətləri, hətta sevgisi ilə bizdən yüksəkdə dururdu. Ona yüksəklik yaraşırdı. Allah da bunu bilib öz dərgahına götürdü. Qardaşımla fəxr edirəm.
Dayısı Tağıyev Rafiqin xatirələri:
- Qarabağ bizim həmişə yaralı yerimiz,dərdimizin də, arzularımızın da ən böyüyü olub. Özüm birinci Qarabağ savaşının iştirakçısı ikinci qrup əliləm. Həmişə də Qarabağ Qazisi olmağımla fəxr etmişəm. Kişi Vətəni üçün doğulub. Vətən üçün də ölməyi bacarmalıdır. Kişi, kişi kimi yaşamalıdır, nə döyüşdən, nə ölümdən qorxmamalıdir. Mərd, igid bir dəfə, qorxaq min dəfə ölər. Xəyalı öz balalarımdan ayırmazdım.Onun Vətənpərvər, qorxmaz böyüməsində qəhrəmanlıq ruhunda tərbiyə almasında yəqin ki, mənim Qazi olmağımın da müəyyən rolu olub. Yaxşı oğul dayısına çəkər deyib babalarımız. Xəyal 2020- ci ilin yayında heç kimə bildirmədn Səfərbərlik İdarəsinə gedib könüllü olaraq döyüşə getmək istədiyini bildirib.Müaribənin ilk günü də müharib başladığı xəbərini eşidib, evə gəlib, valideyinləri ilə görüşüb tezdən cəbhəyə yola düşüb. Xəyal qərəmanlıqla döyüşüb.Çox cəsur əsgər olub. Mən bunu döyüş yoldaşlarının danışdığından bilirəm. Ən ağır tapşırığı yerinə yetirmək üçün könüllü seçiləndə Xəyal qabağa durub.Bunlara «kəşfiyatçılar qrupu» deyilirmişlər. Həmişə öndə irəliləyirmişlər.Sonuncu dəfə noyabrın 2-də evlə əlaqə saxlamışdı. Ondan sonra rabitə itdi. Noyabrın 10- da biz qardaşları ilə döyüş bölgəsinə gedib Xəyalı axtarmağa başladıq. Xəyalın şəhid olması haqqında xəbərlər gəzirdi. Amma ümidliyidik ki, bəlkə səhv edirlər, bəlkə yalandır. İki qardaşı ilə gəzmədiyimiz yer, getmədiyimiz ünvan qalmamışdı. Daşaltı döyüşlərində Şəhid olduğunu, amma hələ nəşinin çıxarılmadığını deyirdilər.Noyabrın 19- da nəşinin çıxarılıb Füzuliyə gətiriləcəyi xəbərini aldıq. Xəyalın cansız bədəninin şəkillərini göndərdilər. Çox ağır xəbər idi. Anasına, atasına bu xəbəri deyə bilmirdik. Nəhayət 21 noybrda Məhhərrəm , Vüsal mən Füzuli rayonunun Əmədbəyli kəndində yerləşən «morqa» getdik. Xəyalımın cansız bədənini götürüb geri qayıtdıq. Bu xəbərin ağırlığı ölümdən də ağırdır. Heç bir qapını Şəhid xəbəri döyməsin. Xəyalla fəxr edirəm. Vətən sağ olsun. Şəhidlər öz qəhrəmanlıqları ilə üzümüz ağ etdilər.
Döstu Gündüz Babayevin xatirələrindən:
Mənim həyatda ilk dostum Xəyal olub.Uşaq idik, körpə idik. Hələ dost nə deməkdir, dostluq özündə nəyi ehtiva edir bilməzdik. Dostluq mənəvi bir körpüdür. Görunur bir- birimizə ruhlarımız yaxın idi. Eyni cür düşünər, bəzən eyni hərəkətləri edərdik. Hətta bir- birimizə oxşamağa çalışardıq. Xəyalla dastana bənzər, yaddan çıxmayan xatirələrim var. 4-5 yaşlarımızdan münasibətimiz tutmuşdu. Günümüzü bir yerdə keçirərdik.Bizi gecələr yatanda da ayırmaq çətin olurdu. Böyüdük, birlikdə məktəbə getdik.Xəyal uşaqlıqdan fərqli idi. Vətənpərvərliyi ilə hamıdan seçilirdi. Müəllimlərimiz «böyüyəndə nə olmaq istədiyimizi» soruşanda Xəyal sinəsini qabağa verib şəstlə «mən hərbçi olacağam» ,deyirdi.Məktəbdə mehribançılığı ilə hamıdan seçilirdi.Olduğu yerdə özünü sevdirməyi bacarırdı. Xəyal çox qorxmaz uşaq idi. Allah sanki,ona qorxu hissi verməmişdi. Yay tətilində hər gün balıq tutmağa gedərdik. Bir dəfə yenə balıq ovuna getmişdik. Həmişəkindən fərqli olaraq evimizdən çox aralanmışdıq. Çox uğurlu da ov etmişdik. Qayıdıb gələndə yolumuz yaxın olsun deyə yolu kəsə gəlməli olduq.Yolda qarşımıza bir it sürüsü çıxdı. Mən itdən çox qorxanam. Xəyal bunu bildiyi üçün mənə hücum edən itin önünü kəsdi. Özünü qabağa itin üstünə atıldı. İtlər Xəyalı az qala gəmirib yemişdi. Xəyal sona kimi mübarizə aparıb iti məndə kənarlaşdırmağı bacardı. Bütün ömürümüzü bir yerdə keçirmişik desəm daha doğru olar. Göyçay çayı kəndimizin kənarından, bizim evin yaxınlığından keçir. İsti yay günlərində hər gün çaya çimməyə gedərdik. Sudan çıxmazdıq. Bir dəfə yenə əvəlki günlər kimi çimməyə getmişdik. Amma çayın suyu əvvəlki qaydad deyildi.Su artmışdı. Belə deyək ki, çayda sel var idi. Biz uşaqlarla çayı üzüb keçməyi qərarlaşdırdıq. Ortaya çatanda mən dərinə düşüb boğulmağa başladım. Bunu görən Xəyal dərxal özünü mənə yetirib boğulmaqdan xilas etdi. Xəyal dostluq etməyi bacaran, dost yolunda canını qurban verməyi bacaran, cəsur bir insan idi. Onda kişiyə, insana aid bütün yüksək kefiyyətlər var idi. Mən onu xilasgar gözündə görürdüm. Onunla bir yerdə olanda özümü təhlükəsiz hiss edirdim. Bilirdim ki,Xəyal olan yerdə hər şey yaxşı olur. Əsgərlikdə olanda da elə gün olmazdı ki, əlaqə saxlayıb hal əhval tutmayaq. Xəyal hərbi xidməti başa vurduqdan sonar birlikdə Bakıya getdik.Ayrı-ayrı yerlərdə işləsək də günün sonunda hər gün görüşərdik. Dənizkənarı bulvar getməyi çox sevərdi.Şəkil çəkmək və çəkdirmək kimi bir hobbisi var idi. Onunla olan hər gün maraqlı, məzmunlu olardı.Bir birimizdən saxladığımız sözümüz sirrimiz yox idi. Heç ağlıma gəlməzdi ki, bir gün əziz dostum, həyatımı borclu olduğum qardaşım, sirdaşım həyatda olmayacaq, mən onun haqqında keçmiş zamanda danışacağam. Xəyal 2020- ci ilin yayından müharibə olarsa könüllü olaraq gedəcəyini dəfələrlə mənə demişdi. Müharibə başlayan ilk gündən Səfərbərlik İdrəsinə gedib döyüşə yollandı.Hər gün danışardıq. Snayperçi Cəbi deyirdilər ona. Qorxu bilməz Cəbi. Sonuncu dəfə noyabrın 2- də danışdıq. «Dostum müharibənin öz qanunları var.Bayraga bükülüb gələ bilərəm.Haqqini halal et.Bəlkə bundan sonra bir də görüşmədik» ,dedi. Xəyal sözünü tutan, sözündə möhkəm adam idi. Bu dəfə də dediyini etdi. Keşkə bu dəfə yalan olaydı. Keşkə bunlar hamısı yalan olaydı. Mən yuxu görmüş olaydım. Xəyalla, onun qəhrəmanlıqları ilə fəxr edirəm. Onun ruhu qarşısında baş əyirəm. Nə qədər ömrüm var məni xilas edən Xəyalın valdeyinlərinə vafa borcumu ödəməyə çalışacam. Məqamın uca olsun, əziz dostum.
Sinif rəbər Nisə Xəlilovanın xatirələrindən:
-Nə qədər ağır olsada deməliyəm ki ölümü ilə ölümsüzlük qazanan qərəmanlardan biri, bir zamanlar mənim ən sevimli şagirdim olmuş, bu gün adı Vətənlə qoşa çəkilən Şəhidimiz Xəyal Cəbrayılov haqqında danışmaq olduqca kədərli olduğu qədər qürur vericidir. Xəyal haqqında mənim də deməyə kifayyət qədər sözüm var. Xəyal sentyabrın 1-də dünyaya gəlib. Bir zamanlar sentyabrın 1-i həm bilik günü, həmdə ilk dərs günü idi. Xəyal əlinə çanta alıb ilk dəfə məktəbə gəldiyi günü çox yaxşı xatırlayıram. Sentyabrın 1-i doğulub dünyaya gələn bu körpə ilk gündən müəllimlərin sevimlisi oldu. Gözəl gözlü,nur üzlü bir uşaq idi… Tale elə gətirdi ki,mən 5-ci sinifdə Xəyalgilin sinif rəhbəri oldum.Dərslərini orta səviyyədə oxuyan, şagird yoldaşlarına kömək edən, məktəbin tədbirlərində fəal iştirak etməyə çalışan bir şagird idi, Xəyal. Kimsənin xatirinə dəyməz, qəlbi su kimi saf idi. Heç yadımdan çıxmaz, coğrafiya dərsində xəritə həmişə göz öndə olardı. Hər dəfə işğal olunmuş torpaqlarımızdan Şuşadan, Cəbrayıldan, Kəlbəcərdən, Zəngəlandan o torpaqların yeraltı təbii sərvətlərindən, füsünkar mənzərəsindən, təbiətində danışıb ürək ağrısı ilə işğal altında olduğunu deyəndə birinci Xəyal dillənərdi. «Müəllimə Sizə əminliklə söz verirəm ki, o torpaqlar qaytarılacaq. Canımız, qanımız bahasına o torpaqları əzəli və əbədi sahiblərinə qaytaracağıq. Bəlkə də elə Şuşaya ilk bayaraq sancanlardan biri də mən olacağam», deyərdi. Xəyalın atası Rafiq də Birinci Qarabağ savaşının iştirakçısı olmuşdu. Vətən sevgisi də prinsipiallıq da, torpaq təəssübü çəkmək də genlə keçir, qanla gəlir. Hər şey ailədən başlayır. Xəyal da gözünü açıb Vətənə məhəbbət, düşmənə nifrət, təəssübküş ruhda böyümüşdü. Başqa cür ola da bilməzdi. 27 sentyabrda düşmənin növbəti fitnəkarlığı, təcavüzkar niyyətini həyata keçirmək məqsədi ilə torpaqlarımıza soxulub yeni ərazilər qəsb etmək niyyəti iflasa uğradı. Rəşadətli Azərbaycan Ordusu, Xəyal kimi qeyrətli Vətənsevər oğullarımız sinələrini düşmənə sipər etdilər. Bu gün torpaqlarımız işğaldan azad edilib. Bu gün Şuşamız azadır. İgidlərimiz, Şəhidlərimiz azadlıq sözünü qanları ilə yazıb ,canları ilə aldılar. Vətəni yaşadıb ömürlərini Vətənə bağışlayıb Vətəni yaşadan bütün Şəhid ruhları qarşısında, onların müqqəddəs adları qarşısında baş əyir, haqqınız ödənilməzdir deyirəm. Nə qədər bu Vətən var, adınız ürəyimizdə, ürəklərdə yaşayacaq mənim Şəhid, əbədiyaşar Xəyalım.
Gəlinləri Aygün Cəbrayılovanın dedikləri:
Dünya qəribəliklərlə doludur. Hərdən düşünürəm ki, elə insanlar var ki, onlar bu dünyaya bir neçə dəfə gəliblər, bu dünyanın hər üzünə bələddilər. Gəldiklərini bildikləri kimi bir gün bu dünyadan gedəcəklərini də bilirlər. Bizim əzizimiz, canımız Xəyal kimi. Xəyal yaşının az olmasına baxmayaraq, çox müdrik, gözü könlü tox, hətta deyərdim ki, hər şeyi görüb doymuş, ahıl bir adam kimi özün aparardı. Dünya malında heç gözü yox idi. Heç nəyə mənimdir deməzdi. Bizimdir deyərdi. Ağıllı təmkinli, olduqca qorxmaz idi. Qorxmazlığını gözlərindən görmək olardü, ürəyinin saflığı üzünə yazılmışdı. Qəribədir, həmişə sanki harasa tələsirdi. Hər sözündə bir gülüş var idi. Çox ailəcanlı idi. Qardaşlarını çox istəyərdi. Qardaşları da ona bağlı idilər. Onunla nəfəs alar, onunla yaşayardılar. Sentyabrın 27-də müharibə başalayan gün evə zəng edib, Hərbi Səfərbərlik İdarəsindən onu axtarıb axtarmadıqlarını soruşdu. 28- i axşam üstü birdə gördük gəldi. Xəstələnmişdi,başı ağrıyırdı. Dedi ki, hərbi biletim evdə olmasaydı, üstümdə olsaydı, anamın göz yaşın görməyim deyə birbaşa cəbhəyə gedəcəkdim. 29 səhər saat 5- də xüdafizləşib evdən çıxdı. Müharibədə olduğu zaman hər gün vaxt edib bizlə danışırdı. Hər dəfədə özünüzü qoruyun, uşaqlardan muğayyət olun deyərdi. Zarafatından qalmazdı heç. Bir gün Günayla, Nahidlə də danışdı. Uşaqlar dedilər ki, əmi tez qayıt gəl bizi burada döyürlər. Xəyal da dedi ki, silahımı götürüb ora gələcəm görüm sizi kim döyə bilər? Sonuncu dəfə bizimlə noyabrın 2-də danışdı. Elə bil Şəhid olacağını hiss edib bizimlə halalaşırdı. Xəyal noyabrın 4-də Şəhdlik zirvəsinə ucalıb. Çox qəribə də olsa həmin gecə Xəyal ayrı, ayrılıqda hamının yuxusuna girmişdi. Sanki o gecə ruhu bədənindən ayrılıb evimizi otaq otaq gəzmişdi. Sonralar Xəyaldan zəng gəlmədiyini, səs soraq olmadığını görüb çox narahat olmuşduq. Özümüzə təsəlli verirdik ki, Xəyala heç nə olmaz. Xəyalın Aygün adlı sevdiyi qız var idi. Onunla da tez- tez danışardıq. O, da bizi təsəlli edirdi. Xəyal məni burxmaz. Xəyal məni qoyub getməz. Bilir ki,mən Xəyalsız yaşamaram. Qıymaz mənə, deyirdi. Dəhşətli faciə bu oldu ki, Xəyalın yoxluğuna Aygün dözə bilmədi. Özünə qıydı. Yəqin ki, indi hər iki mələyin ruhu birləşib… Xəyalın Şəhid olma xəbərini eşitsək də bir möcüzə olacağına, Xəyalın sağ salamat gələcəyinə ümid edirdik. 21 noyabrda Xəyalın nəşi gətirildi. 22-də Lək kənd qəbirstanlığında torpağa tapşırıldı. Xəyalın bacısı yoxdur .Mən onu özümə qayın yox doğma qardaş bilirdim. Deyirlər Şəidlər ölmürlər. Şəhidlər öldükləri gün deyil, unudulduqları gün ölürlər. Xəyal qədirbilən xalqımızın, sevdiklərinin qəlbində əbədi yaşayacağına əminəm.Nə qədər ki, varıq onu ürəyimizdə yaşadacağıq.
Döyüş yoldaşı Hüseyin Əliyevin xatirələri:
- Füzulidəydik. Axşam üstü idi. Taborumuz cəmləşmək üçün arxaya çəkilmişdi. Bu zaman eşitdim ki, döyüşə yeni qüvvələr cəlb edilib. Yeni gələn döyüşçülərin arasında bir nəfər Ucarlı olduğunu eşitdim. Hava qaranlıq, toplanışsa hələ bitməmişdi. Mən də Göyçaylıyam. Qonşu rayonlarıq. İmkan tapan kimi, özümü döyüşçülərin arasına vurub Ucardan olan əsgəri axtardım. Xəyalla beləcə tanışlığımız, dostluğumuz başladı. Sonradan Ceyhunla, Şamo da gəldi. Biz dörd dost,dörd qardaş olduq. Bir birimizdən heç ayrılmazdıq. Təssüv ki, vaxtsız əcəl Xəyalı bizdən ayırdı. Xəyalın familiyası Cəbrayılov olduğu üçün biz ona qısaca Cəbi deyidik. Bütün döyüşlərdə, Füzülidən Daşaltıya kimi bir olmuşuq. Səngər qazıb özümüzə yatmaq üçün yer düzəltmişdik , birlikdə də yatardıq. Döyüş yolumuz sona kimi bir oldu. Füzuli, Cəbrayıl, Xocafənd… Xocavəndən biz bir qədər maşınlarala hərəkət edəsi olduq. Iki dağın arası, dağlı dərəli yollar idi. Bir qədər getdikdən sonra avtomobil kolonu dayandı. Bizə dedilər ki, maşınların hərəkəti üçün bu yol təlükəlidir. Maşınlar aşa bilər. Yolumuzu piyada davam etdirməli olduq. Doğurdan da üstündən bir neçə dəqiqə keçməmiş, bizi aparan maşın aşdı. Cəbini silahı da həmin aşan maşında qalmışdı. Piyada bir qədər hərəkət edib, lazım olan əraziyə çatıb mövqeləndik. Karyer deyilən əraziyə hücum edib düşməndən geri atmalıydıq. Sürünə-sürünə deyilən mövqeyə yaxınlaşırdıq. Arxaya çevrikib baxanda gördüm ki, Xəyalda bizimlə birlikdə irəliyə doğru hərəkət edir. Dedim Xəyal silahın yoxdur, hara gedirsən? Olmaz qayıt geri. Dedi ki, olar. Biz qardaşıq ölsəkdə bir yerdə öləcəyik. Sizi tək qoya bilmərəm. Silahım yoxdur, əlbəyaxa döyüşə girərərəm. Ermənini əlimlə boğaram, dişimlə çeynəyib yeyərəm. Mən ermənidən bıçaq götürmüşdüm. Bıçağı Xəyala verdim. Xəyal da zarafatca dedi ki «bu çox yaxşı oldu.Sən öldürərsən,mən də küçüklərin qulağını kəsərəm». Bir qədər getmişdik ki, artileriya atışları başladı. Komandirimiz Hudulov Ramazan tabora geri çəkilmək əmri verdi. Bizə isə orada qalıb müşahidə aparmaq əmr olundu.Biz dörd dost orada qalası olduq. Cəbi orada çox gözəl mövqe tutmuşdu. Bir neçə gün orada qaldıqdan sonra hücum edib o postu götürdük. Oradan bizi Xocavənd rayonunun Tuğ kəndinə apardılar. Ac ,susuz idik. Bura bizim üçün əsl bayram əhval ruhiyyəsi yartmışdı.Evlərə girib ərzaq götürüb yeyir, toyuq cücə, mal qara kəsirdik. Səhərsi günü yeni əmr gəldi. Maşınlara minib Topxana meşəsi istiqamətində hərəkətə başladıq. Bir qədər irəlilədikdən sonra maşınlardan düşüb piyada hərəkət etmək məcburiyyətində qaldıq.Daşaltı kəndinə çatmağa az qalmış, istirahət etmək üçün dayandıq. Çox yorğun idim. Elə o dəqiqə də məni yuxu aparmışdı. Gördüm ki, məni kim isə silkələyib oyadır. Cəbi idi. Dedi ki, 15 nəfərlik könüllü quruplar seçilirdi. Daşaltıya hücuma gedəcəyik. Adımızı yazdırmışam.Tez durub hazırlığa başladım. Hamı bir-biri ilə qucaqlaşıb, öpüşüb görüşüb vidalaşırdı. Üstümüzdə təminat çox idi. Bir qədərini özümüzlə götürüb, qalanlarını döyüş yoldaşlarımıza verib dedik ki, sağ qayıtsaq götürərik, yox əgər Şəhid olsaq istifadə edin. Səhər açılırdı. Hücuma qalxdıq. Biz dörd dost qabaqda gedirdik. Hərəkət etmək mümükün deyildi. Dağ dərə, qayalıq, kol- kos, keçilməz yollar idi. Şamo dedi ki, dayanın buşlatımı çıxarım. Ağırlıq edir, hərəkət edə bilmirəm. Biz dayandıq ki, Şamo nəfəsini dərsin. Bir cığır var idi, oradan aşağını görmək olurdu. Qəfildən Cəbi qışqırdı ki, yatın aşağıda görüntü var. Bu an yanımıza minamyot mərmisi düşdü, güclü partlayış oldu. PK plomyotu ilə bizi atəşə tutdular. Güllə dolu kimi yağırdı. Başımız soxmağa yer yox idi. Kamaz geçdiyi bir yer var idi. İzi qalmışdı. Ora uzanıb başımız qoruyurduq ki, güllə dəyməsin. İki saata yaxın aramsız atışma oldu.Təchizatımız azalmışdı. Ara sakitləşənə kimi bizə güllə gətirildi. Burada 7 nəfər idik. Erməni ilə aramızdakı məsafə çox yaxın idi. Hətta danışıqlarını aydınca eşitmək olurdu. Bir qədərdən sonra hücum edib həmin hündürlüyü ələ keçirib irəliləyirdik. Hara getdiyimizi bilmirdik. Hava qaralmışdı. Qəribə bir duman gəlmişdi. Göz gözü görmürdü. Bizə dedilər ki, yavaşlayın. Arxada qalanlar var idi. Qrupun önündə komandirlə mən, arxada Cəbi gəlirdi ki, geri qalan, azan olmasın. Bu an güclü bir partlayış oldu. Nə idi seçə bimədik. Ustündən 5-6 saniyə keçməmiş Şamonun səsini eşitik.Şamo qışqırırdı ki, kömək edin, ayaqım getdi. Tez Şamonun yanına qaçıb onun ayağını sarıdım. Bu arada birÜlvi adlı əsgər mənə yaxınlaşdı ki, qolumdan yaralanmışam, kömək edin. Onu tez qarşı tərəfə göndərdiim ki, kömək etsinlər.Həmin əsgər mənim arxamdan keçəndə yaxınlıqda daha bir partlayış oldu. Zərbə məni qaldırıb üzü üstə yerə çırpdı. Tez Cehyun mənə yaxınlaşıb halımı soruşdu. Qorxma dedim,ölməmişəm,yaxşıyam… Dayanmadan irəliləyirdik.Tez- tez partlayışlar olurdu. Ceyhunla Allaha şükür edirdik ki, nə yaxşı Cəbi arxada gəlir, ona bir şey olmayıb. Sən demə qardaşımız elə o partlayışların birindəcə Şəhidlik zirvəsinə yüksəlibmiş. Bunu biz çox sonra bildik. Dəhşətə gəldik. Cəbi kimi bir dostun, bir igidin itgisi ağır olur. Dözüləsi deyil. Çox səmimi, hərtərəfli insan idi. Adam idi. Qardaş idi.Canımızda can idi… Ömrüm boyu bu itginin ağrısı məni yandıracaq.
Ceyhun Hümmətövun xatirələrində:
- Cəbi ilə Füzulidən başlayan döyüş yolumuz Şuşanın Daşaaltı kəndinə kimi davam etdi. Biz dord dost idik. Cəbi, Şamo, Hüseyin və mən. Müharibə dostları. Həyatla ölüm arasında yaranan bir qardaşlıq. Bizim dördlüyü kəşfiyyatçılar adlandırıdılar. Bizi bir birimizdən yalnız ölüm ayırardı ki, belə də oldu. Xəyal yaraşdığı , laiq olduğu zirvəyə ucaldı. Çox saf, əxlaqlı, bənzəri olmayan gerçək bir qəhrəman idi. Füzulidə Karyer deyilən ərazidə bıçaqla döyüşürdü.Onda Aslan ürəyi var idi. Bu gün biz həyatda oluğumuza görə Cəbiyə borcluyuq. Dost kimi dost, insan kimi insan, döyüşçü kimi də bənzərsiz qabiliyyəti var idi. Gözəl atıcı idi. Snayperlə nişan aldığını aşırırdı. Silahının üstündə gecə görmə cihazı var idi. Cəbi ilə olan son döyüşdə biz mühasirəyə düşdük. Silaının üstündə gecə görmə cihazı olduğuna görə düşməni ilk görən Cəbi oldu. Qəfildən qışqırdı ki, yatın yerə. Biz yerə uzanıb mövqelənmişdi ki, atışma başladı. Həmin döyüşdə mühasirəni yarıb,əmr olunan stratei yüksəkliyi ələ keçirdik. Mən ondan yaşca böyük idim. Mənə qoca deyirdi. Dedi ki, qoca anadan yenidən doğulduq. Bizə Daşaltı kəndinin ərazisində üç yol deyilən ərazi var idi.Oranı götürmək əmr olunmşd. Bura düşmənin silah sursat, təchizat,təminat yolu idi. Düşümən orada zirehli texnika , Tank, BTR-lə mövqe tutub müdafiə olunurdu. Biz yolu bağlayıb düşmənin təchizatını kəsməli, 052 XT qüvvələr də Şuşaya qalxmalı idilər. Hüseyin sol cinahda, Şamo öndə, rəhmətliklər Nuruzadə Qalib, Şükürov İsa öndə irəliləyirdilər. Mən evin tək oğluyam deyə məni önə çıxmağa qoymurdular. Bu arada gördüm ki, Cəbi elə bil özündə deyil. Bir qədər də bikef görünür. Dedim Cəbi nəsə özündə deyilsən nə olub? Dedi ki, Qoca yenidən doğulduq. Güllə məni yalayıb kedi. Dedim otur, bir özünə gəl, sonra hərəkət edərsən. Hər şey qaydasına düşəcək. Mən irəliləyib özümü Hüseynə çatdrdım. Hüseyin mənə dedi ki, geriyə dön. Məni geri çəkilməyə məcbur etdi. Yenidən Cəbinin yanına qayıtdım. Dedim Cəbi sən Allah nə olub? Dedi heç nə olmayıb. O güllənin səsi məni narahhat etdi. Ölümü gördüm. Biz iki dağın arası ilə irəliləyirdik. Açıq hədəf idik. Daldalanmaq, hücum olarsa qorunmaq üçün yer də yox idi. Dağda tək- tük ağac, itburnu,qaratikan kolları var idi. Düşmən hər tərəfdə pusu qurmuşdu.Gecə döyüşlərində Cəbinin snayperinin gülləsi də bitmişdi. Biz arxadan dəstək, və təchizat istəmişdik. Köməyə gələn uşaqlar ərazini görəndə təccübləndilər ki,bizi niyə çağırmısınız? Tam açıq deyəcəm,hətta inanmadılar ki, burada erməni ola bilər. Bizi qorxaqlıqda ittiham etmək istədilər.Elə bu andaca düşmən snayperlə dəstək üçün gələn bir döyüşçümüzü vurdu.Həmin əsgər Şəhid oldu. Qrupumuzda cəngavər kimi döyüşən, döyüşdən ötrü canını qoyan, Vətən üçün hər an ölümə hazır uşaqlar cəmlənmişdilər. XTQnin komandiri gəlib Daşaltı kəndi ərazisində üç yol deyilən ərazidə düşmənin təchizat ,təminat yolunu bağlamaq üçün könüllü qüvvə lazım olduğunu deyəndə bizim qrup önə çıxmışdı. Bu da 99 faiz ölmlə razılaşmaq demək idi. Biz önə çıxıb könüllü o əraziyə döyüşə yollanmaışdıq. Noyabrın 4-ündə axşam saaat 8 olardı. Hava çox qaranlıq, dumanlı, çənli idi. Döyüş tapşırığını yerinə yetirmək üçün Daşalyıya doğru hərəkətdə idik. Qəflətən arad- arda partlayışlar oldu. Minalanmış ərazidən keçirikmiş.Tank əlehinə minalar idi. Minanın biri mənim yaxınlığımda partlamışdı. O anda mənim gözüm görmürdü. Hər tərəf zülmətə büründü. Görmə qabiliyyətimi itirdim. Şamo qıçından ağır yaralanmışdı. Sonradan Hüseyin onun qıçını sarıdığını dedi. Ülvi adlı bir döyüş yoldaşımız da qolundan yaralnmışdı. Bu partlayışda biz döyüş yoldaşlarımız olan,çox igidliklər göstərmiş,aslan kimi oğullarımızı Şükürov Vüsal,Kərimli Qalası, Nuruzadə Qalib, Atakişiyev familiyalı bir döyüşçümüz və Cəbimiz Şəhid oldular. Sıramız seyrəlmişdi. Düşümənin təchizat yolu bağlanmalı idi. Nəyin baxasına olursa olsun belə, əmr yerinə yetirlməli idi. Biz irəliləyirdik. Qələbəyə doğru, Zəfərə doğru, o mübarək günə doğru gedirdik. Bilirdik ki, o gün çox yaxınddır. Cəbinin Şəhid olduğun bilmirdik. Sevinirdi ki, Cəbi arxada olub sağ qalıb. Sonradan noyabrın 17- də Cəbinin Şəhid xəbərini eşitdik. Çox üzücü bir xəbər oldu.Döyüş meydanında dost olmuşduq. Biz ölümü öldürüb qardaş olmuşduq. Cəbi ölümsüzdür, əbədi yaşardı. Tanrı dərgahında üzü ağdır. Nə qədər varıq, nə qədər ki, nəfəs alırıq ürəyimizdə bir Cəbi, snayper Cəbi, hər atışı ilə bir düşmən yox dən qəhrəman Xəyal Cəbrayılov var. O yüksəklidə olan məqamın, o ruhun qarşısında səcdə edirəm. Ruhun qarşında sayğı duruşu edib sənə əsgər salamı verən bu qardaşının salamını al qardaşım. Salam olsun.
Vətən Müaribəsində göstərdiyi qəhrəmanlığa görə Cəbrayılov Xəyal Rafiq oğlu ölümündən sonra Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamiyla «Füzulinin azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Döyüşdə fərqlənməyə görə», «Vətən uğrunda»medalları ilə təltif olunub. Xəyalın arzusu Şuşanı azad görmək idi. Hələ uşaqlıqdan Şuşaya Zəfər Bayraqını sancmaq arzusu ilə yaşayırdı, Xəyal. Bəlkə uşaq vahtı «Ana, bax gör böyümüşəm?» deyəndə tez böyüyüb düşmən üstə getməyi niyyət edirdi. Uşaqlıqda xəyalən getdiyi yolu Qəhrəman Ordumuzun Qəhrəman əsgəri Xəyal Cəbrayılov müqəddəs 44 günün 40- cı günündə qət etmişdi. Arzuları Şuşada, özü isə Daşaltı kəndində düşmənlə savaşda, düşmənin afatını kəsənlərlə, cəsur Azərbaycan əsgərləri ilə irəliləyirdi… Düşmənin torpaqlarımıza basdırdığı özü kimi namərd bir bomba onun noyabrın 4-ü gecəsi cismən Şuşaya getməsinə mane oldu. Şuşanın bir addımlığında Xəyalı dayandırdı. Həmin gecə Xəyal işıq olub göylərə çəkildi. Öz nuru ilə Şuşa uğrunda döyüşən Vətən oğullarının yoluna işıq saldı, nur çilədi. Şuşaya bayaraq sancılan gün göy üzü nura qərq olmuşdu. Göydən baxan Şəhid ruhları qalibiyyət bayrağımıza, Zəfər bayarağımıza baxıb yerə üzünə nur çiləyirdilər. Sevincdən, fərəxdən koylə yer bu Zəfəri görüb az qala dodaq-dodağa verib öpüşmək istəyirdi. Yerdə qələbəni, göydə qələbə işığını Xəyallar yandrmışdı. Bu işığı yandıran yolçular nur içində yatsınlar.
Elşən Qəni