“Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti dəfə görüş keçirib.
“İki sahil” xəbər verir ki, “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarların problem və təkliflərini dinləmək, onlara lazımi köməklik olunması üçün “Səyyar qəbul otağı” Sumqayıt sahibkarlarının ixtiyarında olub. Görüşdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər. Görüş zamanı sahibkarları maraqlandıran bütün suallar cavablandırılıb.
Qeyd edək ki, bu gün təşkil olunan aksiya ümumilikdə sayca 30-cu, sahibkarlarla isə sayca 9-cu görüşdür.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - FOTO
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO