Bu ilin əvvəlindən Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı məhkəmələrə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə az – təxminən 1 000 müraciət daxil olub.
“İki sahil” xəbər verir ki, bunu qurumnun Baş direktoru Ruslan Əliyev bildirib.
“Bu müraciətlərin 650-si bizə məxsusdur və onlardan 590-u xeyrimizə həll edilib. Təxminən 350 müraciət isə abunəçilərdən daxil olub və onun da 120-də “Azəriqaz”ın xeyrinə qərar çıxarılıb. Hazırda 90 müraciət icra prosesindədir”, - deyə o, qeyd edib.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - FOTO
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO