19 noyabr 2021 17:14
937

Qobustanda şəhid Murad Mayılovun anlm mərasimi keçirilib - FOTO

Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan  rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri Qobustan rayonu Nabur kəndindən olan şəhid Mayılov Murad Gülümxan oğıunun  məzarını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, mərasim iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışaraq Vətən müharibəsindəki Zəfəri ölkəmizin çoxəsrlik tarixinə yazılan şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi səciyyələndirib, düşmən üzərində qazanılmış böyük hərbi nailiyyətin iştirakçılarının daima sayğı və iftixarla xatırlanacağını bildiriblər.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Murad Mayılov “Vətən uğrunda” , “Xocavəndin və Füzuli azad olunmasına görə” medalları ilə təltif olunub.