22 noyabr 2021 12:48
1335

“Qələbə dairəsi” istiqamətində hərəkətə məhdudiyyət ləğv edilib

Noyabr ayının 20-21-də Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "İki sahil"ə verilən məlumata görə, təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Məlumata görə, sürücülər artıq yol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.