Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir.
Ulu Öndər Heydər Əliyev
Mənim polisim məni qoruyur. Bu məşhur və məzmunlu deyim özündə yalnız hüquqi məna kəsb etmir, həm də insanın güvənc yeri, etimad yeri kimi anlaşılır. Polis sözü həm də əmin-amanlığın, siyasi sabitliyin sinonimidir. Bəli, dövlət və xalq qarşısında vicdanla xidmət edən polislər üçün bu, yalnız peşə deyildir, həm də özünü hər zaman fədakarlığa hazırlayan insanların həyat tərzidir desək yanılmarıq. Yazımızı polislərə ona görə həsr etdik ki, bu gün peşəkar fəaliyyəti qəhrəmanlıqlarla dolu olan Azərbaycan polisinin yaranmasından 107 il ötür. Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Azərbacanın dahi oğlu, böyük dövlət xadimi Heydər Əliyev polis orqanlarının fəaliyyətinə hər zaman xüsusi önəm verib, onların inkişafı və müasirləşməsi istiqamətində mühüm islahatlara imza atıb. Bu dahi şəxsiyyət polis orqanlarını dövlətin dayaqlarından biri hesab edib, onun gücləndirilməsini hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qiymətləndiririb. Məhz Ulu Öndərin rəhbərliyi dövründə daxili işlər orqanlarının maddi-texniki bazası gücləndirilib, kadr islahatları aparılıb və polis əməkdaşlarının sosial müdafiəsi ön plana çıxarılıb. Onun polis orqanlarına göstədiyi diqqət və qayğı sayəsində xalq –polis birliyi və tandemi yaranıb. Nəticədə Azərbaycan polisi cəmiyyətin etimadını qazanan, sabitliyin və qanunçuluğun təminatçısı olan bir quruma çevrildi. Ulu Öndər bu barədə demişdir: «Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır.» Həmçinin Ulu Öndər polsin peşə fəaliyyətini belə qiymətləndirmişdir: « Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir.»
Ulu Öndərin Azərbaycanı qüdrətləndirməsinə dair illər öncəki siyasi fəaliyyəti bu gün Onun siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin başçısı peşəkar polislərimizin Vətən və xalq naminə həyata keçirdikləri işləri hər zaman yüksək qiymətləndirib, onlapın dövlətçiliyin möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynadığını dəfələrlə bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında genişmiqyaslı islahatlar həyata keçirilib, hüquq-mühafizə sisteminin müasirləşdirilməsi, şəffaflığın artırılması və peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Dövlət başçısının dəstəyi ilə bu gün daxili işlər orqanları həm texniki imkanlar, həm də insan resursları baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin başçısı bu barədə deyib: «Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm».
Əslində cənab Prezidentin bu sözləri polis işçiləri üçün peşəkar fəaliyyətlərini və vətənpərvərliklərini daha yüksəltmək üçün əlavə stimul sayılmalıdır. Təbii ki, Azərbaycan polisinin Vətən qarşısındakı fədakar xidmətləri təkcə dinc dövrdə deyil, həm də müharibə şəraitində də öz əksini tapıb. Belə ki, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində polis əməkdaşları böyük şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. Onlar yalnız asayişin qorunması ilə kifayətlənməyib, həm də ön cəbhədə, hərbi əməliyyatlarda da fəal iştirak edərək əsl vətənpərvərlik nümunələri göstəriblər. Birinci Qarabağ müharibəsi zamanı təxminən 1700 polis əməkdaşı və hərbi qulluqçu qəhrəmancasına şəhid olub, 1710 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 67 polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Eyni zamanda, 1143 nəfər isə müxtəlif orden və medallarla təltif olunub. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər qəhrəmancasına şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mərdliklə vuruşan Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər ölkə başçısının sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Onlardan dördü Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüılüb.
Azərbaycan polisi postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizdə də mükəmməl xidmət ilə fərqlənir. Bu gün Qarabağa və Şərqi Zəngəzura davam edən Böyük Qayıdış prosesində polislərimizin də önəmli əməyi var. Belə ki, həmin ərazilərdə asayişin təmin olunması, yeni köçən sakinlərə xidmət Vətənə xidmət borcu kimi qiymətləndirilir. Polislərimiz bu yaşayış məntəqələrində təkcə asayişi qorumaqla kifayətlənmir, həm də mina təhlükəsi olan ərazilərdə əhalinin təhlükəsiz hərəkətinin təmin edilməsində, strateji obyektlərin mühafizəsində, bərpa-quruculuq işlərinin sabit şəraitdə həyata keçirilməsində önəmli rol oynayırlar. Hazırda Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcərdə xidmət apararan plois əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində bu ərazilərdə həyat tədricən normallaşır, vətəndaşlar öz dədə-baba torpaqlarına qaytarılır. Bu fəaliyyət yalnız təhlükəsizlik məsələsi deyil, həm də dövlətin ərazi bütövlüyünün və suvereliyinin real təminatı kimi strateji əhəmiyyət daşıyır.
Azərbaycan polisi həm də çağdaş dünyamızın inkşaf tendensiyasından vaxtında və hərtərəfli qaynaqlanır. Xüsusilə onların cinayətkarlığa qarşı fəaliyyətlərinin keyfiyyətini yüksəltmək üçün ən müasir texnika və avadanlıqlarla təminatı hər il daha da genişlənir. Eyni zamanda, ploislərin peşəkar fəaliyyətləri üçün həm də hüquqi baza genişlənir, Xüsusilə daxili işlər orqanlarının fəaliyyətində şəffaflığın, peşəkarlığın və intizamın daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Son bir neçə ildə daxili işlər orqanlarında struktur islahatları aparılıb, şəxsi heyətin hazırlıq səviyyəsi yüksəldilib, vətəndaş məmnunluğunun artırılması əsas prioritetlərdən birinə çevrilib. Eyni zamanda, cəmiyyətin təhlükəsizliyinin təmin olunması, cinayətkarlıqla mübarizənin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi sayəsində cinayətkarlıqla mübarizədə xeyli müsbət nəticələr var. Belə ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınmışdır. Onların 40,6%-i (13.550-i) iqtisadi sahədə cinayətlər, 39,8%-i (13.273-ü) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 16%-i (5.337-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 85,8%-i (28.652-i) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.2023-cü il ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma 13,5% (-43), oğurluq 39,3% (-2732), soyğunçuluq 36,3% (-74), narkotik vasitələrlə bağlı cinayətlər 11,9% (-1177), ekoloji cinayətlər 9% (-27) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 31.526 cinayətin 90,3%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 87,3%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 86%-i, şəxsiyyət əleyhinə olanların 98,9%-i, onlardan qəsdən adam öldürmələrin 96,6%-i, adam öldürməyə cəhdlərin 95,2%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9%-i, mülkiyyət əleyhinə olanların 83,3%-i, o cümlədən oğurluqların 69,4%-i, dələduzluqların 93,3%-i, soyğunçuluqların 96%-i, quldurluqların 97,3%-i, hədə-qorxu ilə tələb etmələrin 98,2%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 98,5%-i, habelə xuliqanlıqların 97,6%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 630, «isti izlərlə» isə 4.037 cinayətin üstü açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,1% yaxşılaşaraq 87,9% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunmuşdur. Bütövlükdə müxtəlif cinayətlərə görə 16.725, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 247 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 216 kriminal qrup zərərsizləşdirilmişdir. Qeyri-leqal dövriyyədən 4 ton 714 kiloqram (+250 kq) narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 436 ton 266 kq (+167 ton 385 kq) olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.
Məhz bu sayılan müsbət faktlara rəğmən demək olar ki, polis əməkdaşlarının gündəlik fəaliyyəti cəmiyyətin sabitliyi və təhlükəsizliyinin əsas hissəsidir. Sonda: bir məşhurun dediyi kimi, əsl və peşəkar polis üçün bu məqam vəzifədən çox Vətənə və xalqa ürəkdən, həm də fədakarcasına xidmət üçün seçilmiş bir peşədir.
Elçin Zaman, "İki sahil"