Argentinalı həkim, yazıçı və jurnalist Nelson Kastro əfsanəvi futbolçu Dieqo Maradonanın ürəksiz dəfn edildiyini bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “Marca” nəşrinə açıqlamasında deyib.
Nelson Kastro qeyd edib ki, həkimlər dəfndən öncə Maradonanın iç orqanlarını çıxarıblar.
Qeyd edək ki, Maradona ötən il, noyabrın 25-də vəfat edib.