25 noyabr 2021 15:22
836

"Qalatasaray"ı təhqir edən fransalı jurnalist üzr istəyib

Türkiyənin "Qalatasaray" klubunu təhqir edən fransalı jurnalist Romen Kanuti üzr istəyib.

“İki sahil” xəbər verir ki, Kanuti bu barədə tviter hesabından paylaşım edib.

"Dünən axşam mətbuat konfransından əvvəl zarafat hesab etdiyim hərəkətlə həddi aşdığımın fərqinə vardım. Buna görə "Qalatasaray" azarkeşlərindən üzr istəyirəm" deyə o yazıb.

Qeyd edək ki, Romen Kanuti "Marsel"in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İstanbul təmsilçisinə qarşı keçirəcəyi oyundan əvvəl "Qalatasaray"ı təhqir edib. Media nümayəndəsi "sarı-qırmızılar"ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və sosial şəbəkə hesablarında "aslanı əhliləşdirdim" yazıb.