26 noyabr 2021 02:56
1249

Müsyo Makron, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə

İllərdən bəri Rusiyaya «privet» deyən satqın ermənilər indi Fransaya «bonjur» deyirlər

Türkiyəyə və Azərbaycana qarşı çirkin siyasətini davam etdirən, son günlərdə isə həddini daha da aşaraq Ermənistana dəstəyini gücləndirən Fransanın Prezidenti Emmanuel Makron dünyada baş verən siyasi hadisələrdən, ədalət prinsiplərindən, insanlıq amilindən xəbərsizdir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Makronun siyasətdə piyada olduğunu çıxışlarında dəfələrlə qeyd edib. Fransa rrezidentinin özü kimi işğalçı Ermənistana dəstək göstərməsini tənqid edib. Başçılıq etdiyi dövlətin əsgərlərinin əsrlərdən bəri Afrika ölkələrində törətdiyi faciələri, kütləvi qırğınları qanuni hesab edən, erməni terrorçularını dəstəkləyən Makrona Fransanın tarixini öyrənməyi tövsiyə edən Rəcəb Tayyib Ərdoğanın «Cənab Makron, sənin şəxsən mənimlə hələ çox sıxıntın olacaq. Dəfələrlə bunu sənə söyləmişəm, amma qulaq asmırsan... Tarixdən bilgin yoxdur, türk millətiylə məşğul olma. Əlcəzairdə, Ruandada minlərlə insanı öldürən sizlərsiz. Bizə insanlıq dərsi keçə bilməzsiz» sözləri müstəmləkəçi dövlətin başçısına siyasət dərsidir. Makron öz ölkəsinin tarixindən, fransız yazarların, tanınmış siyasi xadimlərin, jurnalistlərin ermənilər barədə açıqlamalarından xəbərdar olsaydı başa düşərdi ki, əslini danan, yeri-yurdu, zatı-südü bəlli olmayan daşnakların formalaşdırdıqları və Fransanın dəstəklədiyi «erməni soyqırımı» timsahın axıtdığı göz yaşlarıdır.

Qaniçənliyi milli xarakterləri kimi yaşadan daşnaklar haqqında yazılan «Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan,
hiyləgər, kələkbazdırlar. Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq edərlər”» (Fransız yazıçısı Aleksandr Düma (Ata), «...Gəlmə ermənilər yerli əhalinin şirəsini sormağa başladılar. Bununla kifayətlənmədən yerli müsəlman əhalisini nüfuzdan salmaq siyasəti yeritməyə başladılar ki, gələcəkdə onları bu ərazilərdən qovub torpaqlarına sahib ola bilsinlər. Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyonu yerli deyil. Onlar bu ərazilərə bizim tərəfimizdən köçürülüblər. Erməni kilsəsi bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdu. Bu monastır həmişə məndə dini mərkəzdən çox, siyasi mərkəz təəssüratı yaradırdı. Sıravi erməninin yoxsulluğunu və iztirablarını görəndə qəlbimdə böyük mərhəmət hissi oyansa da, onlara heç vaxt qanım qaynamırdı. Çünki bu millətin xislətində mənfur biclik, biabırçı əclaflıq və rüsvayçı bir alçaqlıq hiss etmişdim”» (XIX əsrin Fransız səyyahı qraf Arman Pyer de Şölye), «…Hərbi əməliyyatlara gəlincə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında erməni qoşunları 40 000-dən çox azərbaycanlının yaşadığı İrəvanın cənubundakı 25 kəndi mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hansısa müstəqillik iddiasında olmayan bu sülhpərvər əhali həmişə sakit həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa müddətdə gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən, qadın və uşaqlar da daxil olmaqla 4 000 azərbaycanlı Araz çayına atılaraq öldürülüb» (1920-ci ilin 20 iyulunda Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel) kimi nümunələr Makronun dəstəklədiyi toplumun necə bir qaniçən olduğunu sübut edir. Xocalı soyqırımının şahidi olan fransız jurnalistlərin ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə bağlı qeydləri insanın qanını dondurur. Amma Makrona təsir etmir… Çünki ermənilərin azərbaycanlılara qarşı törətdikləri barbarlıq fransızların Afrikanın yerli sakinləri olan qaradərililər üzərində sınaqdan keçirdikləri «genosid təcrübələri ilə» eynilik təşkil edir. Xocalıda qətlə yetirdikləri 100 nəfəri yanaşı düzərək körpü düzəldən, 30 ildə işğal etdiyi Azərbaycan torpaqlarında hərbi, ekoloji, mədəni terrorlar törədən, minlərlə günahsız azərbaycanlını qətlə yetirən separatçıları dəstəkləyən , Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında istehkamaların qurulmasında iştirak edən Makron Vətən müharibəsi zamanı və sonrakı dövrdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi deyil, işğalçının hamisi kimi «fəaliyyət» göstərmişdir. İdeoloji sahədə də Ermənistanla əməkdaşlıq edən Fransa separatçı rejimə hər sahədə dəstək göstərir.

Qondarma rejim «Dağlıq Qarabağ respublikası» ilə Fransanın bəzi əyalətləri arasında imzalanmış sənədlər”, ötən illərdə Ermənistanın Türkiyəyə qarşı qaldırdığı «erməni soyqırımı» iddiaları Fransanın Konstitusiya Məhkəməsi tərəfindən ləğv olundu. Saxta soyqırımını tanımayan fransızlara qarşı cərimələrin tətbiqi ölkə vətəndaşları tərəfindən etirazla qarşılandı. Son illərdə Parisin küçələrində iğtişaşlar törədən «sarı jiletlilər»ə qarşı «dəyənək cəzası», Avropanın mədəniyyət paytaxtında aylarla davam edən iğtişaş iştirakçılarının məruz qaldıqları su şırnaqları Makronun «ermənisayaq humanizmi»nin təzahürüdür.

Separatçı rejim təmsilçilərinin bu yaxınlarda Fransaya səfərinin təşkilinə və erməni lobbisinin quluna çevrilən senatorlar tərəfindən hərarətlə qarşılanmalarına da Makron cavabdehdir. Noyabr ayının 23-də Fransada Senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə «Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair”» qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunmuş tədbirin keçirilməsi Fransanın Azərbaycana münasibətinin nə qədər qərəzli olduğunu və Minsk qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir.

Yeni Kaledoniyada, Korsikada insanların müstəqillik istəklərini boğan, əhalinin tələblərinə polis dəyənəyi ilə cavab verən Fransanın «Dağlıq Qarabağa müstəqillik verilməsi» ilə bağlı canfəşanlığı Makronun separatizmə və terrora dəstəyidir. Paris aeroportunda insanların ölümü ilə nəticələnən terroru törədən Monte Melkonyanın Ermənistana təhvil verilməsi, ASALA təmsilçisinin «milli qəhrəman» adlandırılması ilk növbədə sadə fransızlara etinasızlıqdır. Göründüyü kimi, Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlarla erməni quldurlarının azərbaycanlılara qarşı vəhşilikləri mahiyyət etibarilə eynilik təşkil edir.

Bu günlərdə də Fransa İŞİD terrorçu qrupları ilə işbirliyini davam etdirir. Fransanın məxfi xidmət dairələri «Lafarge»” sement şirkəti vasitəsilə İŞİD və digər terror təşkilatlarını maliyyələşdirir. «TRT World» kanalının” Fransa İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən «Zavod: Gizli Fransız Əməliyyatı” adlı» sənədli filmində göstərilən və insanların ölümünə səbəb olan bu «yardımlar» Makronun üz qarasıdır. Qəribədir ki, terrorçularla əməkdaşlıq Fransanın indiki Prezidenti Emmanuel Makronun həmin dövrdə bu ölkənin xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib. Vətən müharibəsi dövründə Fransanın Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları atəşə tutan, terror aktları törədən Ermənistanı açıq şəkildə himayə etməsi, ona humanitar yardım adı altında təyyarələrlə silah-sursat daşıması, separatizmin dəstəklənməsi illərdən bəri təkmilləşən Makronun «terrora dəstək» istəyindən və təcrübəsindən qaynaqlanır. Fransanın İkinci Qarabağ müharibəsində suriyalı muzdlu döyüşçülərdən Azərbaycana qarşı istifadə etməsinə dair də faktlar vardır. Buna baxmayaraq, Fransa Azərbaycana böhtan ataraq guya suriyalı terrorçuların Azərbaycan tərəfindən döyüşməsi barədə dezinformasiyalar tirajlayır. Azərbaycan dövlətinin bu böhtanlar qarşılığında sübut tələblərinə veriləcək cavabı olmayan Fransa
rüsvay oldu. Fransa rəhbərliyində təmsil olunan şəxslərin beynəlxalq terrorçuluğa dəstəyi də təsdiqləndi.

Belə ki, müsyo Makron, göz gördüyünə inanar, qulaq eşitdiyinə. Azərbaycan Ordusu sənin dəstəyinlə salınan, alınmaz qala adlandırdığın istehkamları dağıtdı. Əziz, xələflərin erməniləri elə o istehkamlarda basdırdı. Bu yerdə türklərin el məsəlini xatırlatmaq yerinə düşər: Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə. Vaxt gələr, Afrikada , Azərbaycanda tökülən qanlar üçün dəstəklədiyin erməni terrorçularla birlikdə vicdanın qarşısında cavab verməli olarsan. Amma, o da var ki, vicdanlı adam bu qədər zalım, əzazil ola bilməz. İllərdən bəri Rusiyanın köləsi olan, indi isə ona arxa çevirən Ermənistanın Fransaya da dirsək göstərəcəyi günlər gələcək. Mütləq gələcək!

Xuraman İsmayılqızı, «İki sahil»