Azərbaycanda 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu "SOCAR Downstream" şirkətinin baş direktorunun müavini, layihə rəhbəri Emil Alxaslı bildirib.
Onun sözlərinə görə, layihənin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur.
E. Alxaslı bildirib ki, layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85 %-dən yuxarıdır: "Növbəti addım olaraq digər köməkçi qurğuların - yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu, son olaraq dizelin hidrotəmizlənmə qurğusu işə salındıqdan sonra 2022-ci ilin ortalarında "Avro-5" dizelin istehsalına başlanılacaq".
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - FOTO
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO