44 günlük Vətən Müharibəsi dövründə rəngli xarakterləri və səsləri ilə 100 fərqli vətəndaşımızın müsahibəsinə yer verilən “BİZ” filmi yayımlanıb.
“İki sahil” xəbər verir ki, filmdə “BİZ” və bizim məğrur qələbəmiz öz əksini tapıb.
Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Baku Media Center” və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalıdır.
“Biz” filmi müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir.
Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu