30 noyabr 2021 01:31
596

7-ci dəfə "Qızıl Top"un sahibi oldu

Fransanın "PSJ" klubunun argentinalı hücumçusu Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına laiq görülüb.

“İki sahil” xəbər verir ki, bu "France Football" nəşrinin "Qızıl top"u təltifetmə mərasimində elan olunub.

Messi bu mükafatı qazanma rekorduna sahibdir. Bundan əvvəl argentinalı 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl Top"a laiq görülüb.