30 noyabr 2021 11:57
683

TANAP-dan Türkiyəyə ötürülən ümumi təbii qazın miqdarı 13.4 milyard kubmetrə çatıb

TANAP Türkiyənin təbii qaz ehtiyacının təqribən 12 faizini təminetmə gücünə malik boru kəməridir.

"İki sahil" xəbər verir ki, 30 iyun 2018-ci il tarixdən 2021-ci ilin 26 noyabrınadək TANAP-dan Türkiyəyə ötürülən ümumi təbii qazın miqdarı 13.4 milyard kubmetrə çatıb.
2021-ci ilin yanvar ayından noyabrın 26-nadək Avropaya 7,09 milyard kubmetr təbii qaz ötürülüb.
Qeyd edək ki, layihəyə görə daşınacaq 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetri Türkiyənin Eskişehir və Trakya bölgəsində iki nöqtədən milli şəbəkəyə qoşulmaqla Türkiyədə istifadə ediləcək. 10 milyard kubmetr təbii qaz  isə Trans Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daşınacaq.